Yükün işarəsini təyin edin
Məsələ 2. |
Yüklü zərrəcik müəyyən sürətlə indnksiya vektoruna perpendikulyar istiqamətdə
bircins maqnit sahəsinə daxil olur (induksiya vektoru şəkil müstəvisindən
müşahidəçiyə perpendikulyardır). Maqnit induksiyasmm modulu 4 Tl-dır. Zərrəcik
maqnit sahəsinin təsiri ilə radiusu 0,5 m olan çevrə üzrə saat əqrəbi hərəkətinin
əksi istiqamətində dövr etməyə başlayır. Zərrəcik bir tam dövrə 0,01 san vaxt sərf
edərsə, onun:
- yükünün işarəsini təyin edin;
- xüsusi yükünü (zərrəciyin yükünün kütləsinə nisbəti) təyin edin.
|
|
Nəticənin müzakirəsi:
- Lorens qüvvəsinin təsiri ilə çevrə üzrə dövr edən zərrəciyin yükünün işarəsini necə
təyin etmək olar?
- Zərrəciyin xüsusi yükünü hansı düsturdan təyin etmək olar?
|
Zərrəciyin kütləsini təyin etmək məqsədi ilə istifadə olunan cihaz “Kütlə spektroqrafi”
adlanır. Onun iş prinsipi belədir: cihazm vakuum kamerası bircins maqnit sahəsində
yerləşdirilir (onun induksiya vektoru şəkil müstəvisindən perpendikulyardır). Elektrik
sahəsi ilə sürətləndirilən yüklü zərrəcik maqnit sahəsində qövs cızaraq fotolövhə üzərində
iz qoyur (c). İzə görə qövsün radiusu ölçülür. Bu isə yükü
məlum olan zərrəciyin kütləsini
dəqiqliklə hesablamağa imkan verir.
• Radius və zərrəciyin yükünün miqdarı məlumdursa, onun kütləsi necə təyin edilir?
|