• Maqnit sahəsi - verilən hesablama sisteminə nəzərən maqnit sahəsinin induksiyasi sıfırdan fərqli elektrik sahəsinin intensivliyi isə sıfır olan elektromaqnit sahəsidir.
Maqnit sahəsində hərəkət edən yüklü zərrəciyə Lorens qüvvəsi təsir edir:
FL = qBυ sinα. (1)
Lorens qüvvəsinin istiqaməti zərrəciyin hərəkət sürətinə perpendikulyar olduğundan bu qüvvə iş görmür: A = 0. Bu səbəbdən Lorens qüvvəsi nə zərrəciyin sürətini və impulsunun modulunu, nə də kinetik enerjisini dəyişə bilmir. O yalnız zərrəciyin hərəkət istiqamətini dəyişir. Zamana görə dəyişməyən bircins maqnit sahəsində yüklü zərrəciyin hərəkət tənliyi (υ << c şərti ilə) Nyutonun II qanununa əsasən belə yazılır:
mα=|q|B sinυ (2)
Zərrəcik maqnit qüvvə xətlərinə perpendikulyar istiqamətdə sahəyə daxil olduqda ona maksimal Lorens qüvvəsi təsir edir (sin 90° = 1):
Fmax = |q|Bυ
Bu halda zərrəciyin hərəkət tənliyi:
ma = |q|Bυ (3)
Lorens qüvvəsi zərrəciyə mərkəzəqaçma təcili verərək onu radiusu R olan çevrə üzrə hərəkət etdirir (b):
α = υ2
R.
Beləliklə, zərrəciyin hərəkət tənliyi üçün alarıq:
mυ2
R = |q|Bυ. (4)
(4)-dən zərrəciyin dövr etdiyi çevrənin radiusunun asılı olduğu kəmiyyətləri müəyyən etmək olar:
Burada p və Ek uyğun olaraq zərrəciyin impulsunun modulu və kinetik enerjisidir.
•Maqnit sahəsində yüklü zərrəciyin “cızdığı ” çevrənin radiusu onun hərəkət sürətinin (impulsunun) modulu ilə düz, maqnit induksiya vektorunun modulu ilə tərs mütənasibdir.
Zərrəciyin çevrə üzrə dövretmə periodu isə onun kütləsindən, yükünün miqdarından və maqnit sahə induksiyasınm modulundan asılıdır:
T= 2πR
υ = 2πm
|q|B. (6)