|
Nəticənin müzakirəsi:
|
Verilmiş kondensatorlardan müxtəlif elektrik tutumlu batareyalar almaq məqsədilə onlar elektrik dövrələrində ardıcıl və ya paralel birləşdirilir.
Kondensatorların ardıcıl birləşdirilməsi.
Ardıcıl birləşmədə birinci kondensatorun mənfi yüklənmiş lövhəsi ikinci kondensatorun müsbət yüklənmiş lövhəsinə və s.-yə birləşdirilir (c).
• Ardıcıl birləşdirilmiş kondensatorların elektrik yükləri eynidir.
q1= q2=q
• Ardıcıl birləşdirilmiş kondensator batareyasının uçlarındaki ümumi gərginlik ayrı-ayrı kondensatorların gərginlikləri cəminə bərabərdir.
U1+ U2=U
• Ardıcıl birləşdirilmiş kondensatorlar batareyasının ümumi elektrik tutumunun tərs qiyməti ayrı-ayrı kondensatorların elektrik tutumlarının tərs qiymətləri cəminə bərabərdir:
1
Ca= 1
C1+1
C2 => Ca= C1 • C2
C1 + C2.