Məlumdur ki, ən sadə kondensator iki paralel müstəvi lövhədən ibarət müstəvi kondensatordur. Kondensatorun xarakteristikası elektrik tutumudur.
Kondensatorun elektrik tutumu (C) - onun yükünün lövhələri arasındakı gərginliyə (potensiallar fərqinə) nisbəti ilə ölçülən fiziki kəmiyyətdir.
C= q
φ1-φ2= q
U
(1)
Elektrik tutumunun BS-də vahidi faraddır (İF):
• Farad elə kondensatorun elektrik tutumudur ki, onun yükü İKI olduqda lövhələri arasındakı gərginliyi 1V olsun:
[C]= [q]
[U]=1 Kl
V=1F
Farad çox böyük elektrik tutumu olduğundan praktikada onun çox kiçik hissələrindən (mikrofarad, nanofarad, pikofarad və s.) istifadə edilir:
1 mkF = 10-6F; 1nF = 10-9F; 1pF = 10-12F.
Kondensatorun yükü, onun lövhələrinin birinin yükünün moduluna bərabərdir. Bu yük kondensatorun qoşulduğu mənbəyin uclanndakı gərginliklə düz mütənasibdir:
q = CU. (2)
Deməli, elektrik tutumu elektrik yükü və gərginlik arasında mütənasiblik əmsalı olub yük və gərginlikdən asılı deyildir. Bəs elektrik tutumu nədən asıbdır?
Müstəvi kondensatorun elektrik tutumu onun lövhəsinin sahəsindən, lövhələr arasındakı məsafədən və lövhələr arasındakı mühitin dielektrik nüfuzluğundan asılıdır.
C= ε0εS
d. (3)
Burada S - kondensatorun bir lövhəsinin sahəsi, d - kondensatorun lövhələri arasındakı məsafə, ε - kondensatorun lövhələri arasındakı mühitin dielektrik nüfiızlu- ğudur. Məhz lövhələri arasında olan dielektrik kondensatora elektrik yükünü uzun müddət saxlamağa imkan verir.