• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 8 |
|
Ən sadə kondensator müstəvi kondensatordur. O, aralarında nazik dielektrik qatı (məsələn: hava) olan bir-birinə yaxın yerləşmiş iki paralel metal lövhədən ibarətdir (a).
Elektrik dövrələrinin sxemində kondensatorun şərti işarəsi -| |- kimidir.
• Kondensator lövhələri mütləq qiymətcə bərabər, işarəcə əks yüklərlə elektriklənir.
• Kondensatorun elektrik yükünü toplamaq qabiliyyəti elektrik tutumu adlanan fiziki kəmiyyətlə xarakterizə olunur.
• Böyük miqdarda müxtəlif işarəli elektrik yüklərini ayırmaq, toplamaq və ötürmək üçün
istifadə olunan qurğu elektrofor maşınıdır (b). Elektrofor maşınının diskləri sürətlə fırladıldıqda onlar aralarındakı havaya sürtünməklə əksişarəli yüklərlə elektriklənir. Bu yüklər disklərə toxunan metal fırçalar vasitəsilə iki Leyden bankasına (1) toplanır və oradan kürəvi metal konduktorlara (2) ötürülür. Nəticədə konduktorlardan birində müsbət, digərində mənfi elektrik yükləri toplanır.
■ |
Məşhur serb alimi Nikola Tesla (1856 -1943) belə bir ideya irəli sürdü ki, Yer-atmosfer sistemi nəhəng kondensatordur. O, çox böyük miqdar ucuz elektrik enerjisinin mənbəyidir. Teslanm ideyasma görə, Yerin ionosferinə göndərilən zəif tezlikli elektromaqnit şüalanması ionosferin yüklü zərrəciklərinin məxsusi tezliyi ilə üst-üstə düşərək orada rezonans yaradacaq. Nəticədə Yer kürəsini əhatə edən çox güclü elektromaqnit şüalanması yaranacaq. Bu zaman Yer səthinin ixtiyari nöqtəsinə uzun metal çubuq batırmaq kifayət edər ki, səmadan fasiləsiz olaraq pulsuz elektrik eneıjisi qəbul olunsun. Əsas problem ionosferi həyəcanlandıran impuls qülləsini - rezonatoru tikmək idi. ABŞ milyarderi Morqan Lonq-Aylend şəhərində (ABŞ) belə bir qüllənin tikintisi üçün Teslanı maliyyələşdirmək qərarına gəlir. Lakin o, qüllənin tamamlanmasına az qalmış Yer kürəsində baş verə biləcək ekoloji fəlakətin qarşısını almaq məqsədi ilə bu layihəni dayandırdı və layihəni ləğv etdi. |