• Elektrik yükünün sahənin bir nöqtəsindən digərinə hərəkəti zamanı sahənin gördüyü işin həmin yükün miqdarına nisbətinə bərabər olan kəmiyyət bu iki nöqtə arasındakı potensiallar fərqi və ya gərginlik adlanır:
U = φ1 - φ2= A
q.
(3)
Burada (φ1 - φ1) - potensiallar fərqidir. İndeksdəki 1 və 2 rəqəmləri sınaq
yükünün
elektrik sahəsinin
hansı nöqtələri arasında hərəkət etdiyini göstərir. Potensiallar fərqinin BS-də vahidi voltdur:
[φ1 - φ2]=1 C
Kl=1V.
(3) ifadəsindən yükün elektrik sahəsinin iki nöqtəsi arasında hərəkəti zamanı sahənin gördüyü iş təyin edilə bilər:
Yükün elektrik sahəsinin iki nöqtəsi arasında hərəkəti zamanı sahənin gördüyü iş yükün miqdarı ilə həmin nöqtələr arasındakı potensiallar fərqinin (gərginliyin) hasilinə bərabərdir.
A=q(φ1-φ2)=qU (4)
(1) və (3) düsturlarının müqayisəsindən bircins elektrik sahəsində intensivliklə gərginlik arasında əlaqə düsturu alınır:
U= A
q= qEd
q=Ed →
E= U
d və ya E= φ1-φ2
d. (5)
Elektrik sahəsinin potensialı. Elektrik sahəsinin ixtiyari bir nöqtəsinin eneıji xarakteristikasını ifadə etmək üçün potensial adlandırılan fiziki kəmiyyətdən istifadə olunur. Elektrik sahəsinin ixtiyari bir nöqtəsi ilə sahənin potensialının sıfır qəbul olunan digər nöqtəsi arasındakı potensiallar fərqi sahənin həmin nöqtəsindəki potensialı adlanır. Adətən, potensialm hesablanması sonsuzluğa nəzərən aparılır.
• Potensial - ədədi qiymətcə müsbət vahid sınaq yükünün müsbət q yükündən itələnməsi nəticəsində onun sonsuzluğa yerdəyişməsi zamanı görülən işə bərabərdir:
Potensial φ simvolu ilə işarə olunur və BS-də vahidi voltdur: [φ]=1 C
kl=1V
Elektrik sahəsində yükün potensial enerjisi. Elektrik sahəsi potensiallı sahə olduğundan elektrik sahəsi-yük qapalı sisteminə potensial eneıji haqqında teorem tətbiq oluna bilər.
• Potensiallı sahədə görülən iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir:
Burada Wp1 və Wp2 uyğun olaraq yükün sahənin 1 və 2 nöqtələrində olduğu zaman onun potensial eneıjiləridir (b).