Elementar zərrəciklərin qeydəalınma üsulları. Zərrəcikləri qeydə almaq və onların xassəsini xarakterizə etmək üçün müxtəlif qurğulardan istifadə olunur. Bu qurğuların iş prinsipi, əsasən, yüklü zərrəciklərin atomları ionlaşdırması hadisəsinə əsaslanır. Onlardan ikisi ilə tanış olaq.
Heyger sayğacı. Heyger sayğacı — zərrəcikləri saymaq üçün istifadə olunan qurğudur. Onun iş prinsipi zərbə ilə ionlaşma hadisəsinə əsaslanır.
Qurğu 10 kPa təzyiqində arqon qazı doldurulmuş və hər iki ucu lehimlənən şüşə borudan ibarətdir (c). Boru daxildən metal təbəqə - katodla örtülmüşdür. Borunun oxu boyunca keçirilən nazik məftil isə anoddur. Anodla katod arasında yüksək gərginlik yaradılır. Boruya daxil olan radioaktiv zərrəcik öz yolunda arqon qazının atomlarını ionlaşdırır. Elektrik sahəsinin təsiri ilə elektronlar və ionlar uyğun olaraq anod və katod istiqamətində sürətlənir. Sürətlənən elektronlar öz yollarında qazın neytral atomları ilə toqquşduqda onları ionlaşdırır. Beləliklə, yaranan yeni elektron-ion cütləri əvvəl yaranan uyğun cütlərə qoşularaq elektron-ion seli əmələ gətirir. Nəticədə sayğacdan keçən cərəyan şiddəti kəskin artır. Bu paman yükləyici R rezistorunda gərginlik impulsu yaranır. İmpuls qeydedici qurğuya verilməklə ətraf mühitdə radioaktiv zərrəciyin (adətən, γ kvantının) olduğunu qeyd edir.
Vilson kamerası. Vilson kamerası - sürətli yüklü zərrəciklərin buraxdığı izləri müşahidə etməyə və ya onun fotoşəklini çəkməyə imkan verən qurğudur. Onun iş prinsipi ifrat doyan buxarın ionlar üzərində kondensasiya etməsi nəticəsində maye damcılarının əmələ gəlməsinə əsaslanır.
Vilson kamerası - aşağı hissəsi porşenlə təchiz edilən silindrik şüşə qabdır (d). Kamera suyun və ya
spirtin doyan buxarı ilə doldurulur. Porşeni aşağı kəskin hərəkətə gətirməklə kameranın həcmi artırılır
və buxar adiabat genişlənir. Nəticədə buxar soyuyaraq ifrat doyan hala keçir. Bu, buxarın dayanıqlı
olmayan halı olduğundan o, asanlıqla kondensasiya etməyə başlayır. Əgər bu zaman kameraya zərrəcik daxil
olarsa, onun işçi həcmdə əmələ gətirdiyi ionlar kondensasiya mərkəzləri olur, nəticədə zərrəciyin
yolunda su damcıları əmələ gəlir. Zərrəciyin belə izləri trek adlanır. Trekin uzunluğuna
görə zərrəciyin
kinetik enerjisi, vahid uzunluqdakı damcıların sayma görə isə onun sürəti dəyərləndirilir. Belə ki, trek
uzun olduqca zərrəciyin kinetik enerjisi böyük, trekin vahid uzunluğunda yaranan damcıların sayı çox
olduqca zərrəciyin sürəti kiçik olur. Böyük yükə malik zərrəciyin treki daha qalın olur. Əgər kamera
bircins maqnit sahəsində yerləşdirilərsə, zərrəciyin (əgər o yüklüdürsə) treki əyilir (e). Trekin
əyrilik radiusuna görə zərrəciyin xüsusi yükü (q
m)
təyin edilir.