3) yüksək ekoloji təhlükəsizliyə malik olmasından ibarətdir. Belə ki, bu reaksiyaların radioaktiv tullantısı olmur.
Təəssüf ki, Yerdə ifrat yüksək temperaturlarda işləyə bilən idarəolunan istilik nüvə reaktoru qurmaq və onun vasitəsilə sənaye miqyasında eneıji istehsal etmək hələ ki mümkün deyildir. Belə reaktor hazırlamaq mümkün olsaydı, Yerdə eneıji problemi birdəfəlik həllini tapardı. Lakin idarə edilməyən nüvə sintez reaksiyası hidrogen bombasında reallaşdırılmışdır (bax: Fizika 9).
TƏTBİQETMƏ | ARAŞDIRMA | 2 |
Məsələ 2. | Deyterium və tritiumun sintez reaksiyasında 1 kq kütləli heliumun alınması zamanı ayrılan enerjinin miqdarını hesablayın. Həmin miqdarda enerjinin alınması üçün nə qədər daş kömür yandırmaq lazım gəldiyini təyin edin (daş kömürün xüsusi yanma istiliyi 3 ⋅ 108C/feq-dır). |
İPUCU
|
Deyterium və tritium nüvələrinin sintez reaksiyasında
ayrılan enerjini 1 kq kütləli neytron nüvələri üçün hesablayın.
|
• Niyə bu vaxta qədər nüvələrin sintez reaksiyasına əsaslanan reaktor yaratmaq mümkün olmayıbdır? Bu istiqamətdə alimlər hansı problemin həll yolunu tapa bilmirlər?
№ | Suallar | Bilirəm | ||
zəif | orta | yaxşı | ||
1 | Nüvələrin sintez reaksiyasında külli miqdarda enerji ayrılması nə ilə izah olunur? | |||
2 | Niyə nüvələrin sintez reaksiyası ifrat yüksək temperaturlarda baş tutur? | |||
3 | Nüvələrin sintez və ya bölünmə reaksiyalarında ayrılan enerjinin hər nuklona düşən miqdarlarını müqayisə edin. | |||
4 | İstilik nüvə reaktorunun AES-dən hansı üstünlükləri var? Problemi nədir? |
EV TAPŞIRIĞI. | Həmin plan əsasında verilən mövzuda referat yazın. |
NƏ ÖYRƏNDİNİZ? | İş vərəqində "Atom və nüvə silahları" mövzusunda referat planını hazırlayın. |