Əgər zəncirvarı nüvə reaksiyasında bölünən uran nüvələrinin sayı sabit qalırsa, reaksiya partlayışla nəticələnmir, stabil davam edir. Belə zəncirvarı reaksiya idarəolunan reaksiya adlanır.
İdarəolunan zəncirvarı nüvə reaksiyası necə təmin edilir?
Birincisi, zəncirvarı nüvə reaksiyası uran nüvəsinin yavaş neytronlarla bombardman edilməsi nəticəsində baş verir. Reaksiyada yaranan yeni nəsil neytronlar böyük kinetik eneqiyə malik olduğundan onları “neytron yavaşıdıcısı” adlanan qurğudan keçirtmək lazımdır. Neytron yavaşıdıcısı kimi ağır sudan - deyteriumdan və ya təmiz qrafitdən istifadə olunur. Bu yavaşıdıcılar yüngül nüvəli olduğundan sürətli neytronla toqquşduqda onların kinetik enerjilərinin çox hissəsini “udurlar” (bax: d).
İkincisi, verilmiş kütləli uran nüvəsinin zəncirvarı reaksiyasmda neytronların artma əmsalı k = 1 olmalıdır. Neytronların sayını sabit saxlamaq məqsədi ilə “neytron uducusu”ndan istifadə olunur. Uducu kimi, adətən, kadmium və bor tərkibli çubuqlar tətbiq edilir: bu maddələrin nüvələri neytronları yaxşı udur.
Üçüncüsü, yeni nəsil yavaş neytronların yeni reaksiyalar zəncirini davam etdirməsi üçün onların uranda qalmasına şərait yaradılmalıdır. Bu o deməkdir ki, neytronlar uran maddəsində mümkün qədər böyük yol getməlidir, yəni maddənin ölçüsü - uyğun olaraq onun kütləsi böhran ölçüsündə olmalıdır. Kürəformalı uran “yanacağı” üçün böhran kütləsi 48 kq-dır. Lakin uran yanacağını berillium tərkibli qaytancı örtük daxilində yerləşdirdikdə onun kütləsini xeyli azaltmaq olur. Belə ki, örtük üzərinə düşən yeni nəsil neytronlan yenidən reaksiyaya qaytarmaqla onlann uran yanacağmdakı yolunu uzadır.