Bu neytronların qarşısına başqa uran nüvələri çıxarsa, onların da bölünmə reaksiyaları baş verər - növbəti “nəsil” neytronlar yaranar. Beləliklə, ilkin neytronun təsiri altında uran nüvəsinin zəncirvari bölünmə reaksiyası baş verər (d).
• Zəncirvarı nüvə reaksiyası elə reaksiyaya deyilir ki, onu törədən zərrəcik (neytron) həmin reaksiyanın məhsulu kimi yaranır.
Əgər zəncirvarı nüvə reaksiyasmın gedişində bölünən uran nüvələrinin və onunla yanaşı, sonrakı nəsil neytronların sel artımı baş verirsə, reaksiya idarə olunmur - partlayış baş verir. Atom bombasının iş prinsipi belə reaksiyaya əsaslanmışdır.