•İxtiyari t zaman anındakı radioaktiv nüvələrin sayının bu nüvələrin orta yaşama müddətinə nisbətinə bərabər kəmiyyət radioaktiv nüvələrin aktivliyi adlanır:
A = N
τ. (7)
Radioaktiv nüvələrin aktivliyinin fiziki mənası bu nüvələrin vahid zamandakı çevrilmələrinin sayını ifadə etməsidir. Radioaktiv nüvələrin aktivliyi də zaman keçdikcə nüvələrin sayının azalma qanunu ilə azalır.
A = Ao ⋅ 2 t
T. (8)
Radioaktiv maddənin aktivliyinin BS-də vahidi bekkereldir (1Bk): 1 Bk- elə radioaktiv maddənin aktivliyinə deyilir ki, həmin maddədə 1 san müddətində 1 çevrilmə baş versin.
TƏTBİQETMƏ | ARAŞDIRMA | 2 |
Məsələ 2. | Radioaktiv maddənin çevrilməsi qanununun qrafikinə əsasən onun t = 3T müddətindən sonra qalan nüvələrinin sayını təyin edin. |
Mənzildə radioaktiv radon qazının nüvələrinin sayı 15,2 sutkada 16 dəfə azaldı. Radonun yarımçevrilmə periodu nə qədərdir?
• Radioaktiv nüvənin yarımçevrilmə periodunu hansı düsturla təyin etdiniz?№ | Suallar | Bilirəm | ||
zəif | orta | yaxşı | ||
1 | Radioaktiv çevrilmə qanununu şərh edin və düsturunu yazın. | |||
2 | Radioaktiv elementin iki yarımperioda bərabər zaman intervalında hansı hissəsi çevrilməyə məruz qalar? | |||
3 | Radioaktiv atomun üç yarımperioda bərabər zaman intervalından sonra neçə hissəsi çevrilmir? | |||
4 | Niyə Yer kürəsində bütün radioaktiv nüvələr tamamilə çevrilməyə məruz qalmır? |