• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 |
• Hər bir radioaktiv maddə üçün müəyyən müddət vardır ki, həmin müddətdə onun nüvələrinin yansı çevrilməyə məruz qalır. |
• Radioaktiv nüvələrin yarısının çevrilməyə məruz qaldığı müddət - yarımçevrilmə periodu adlanır. Yarımçevrilmə periodu T hərfi ilə işarə edilir və BS-də vahidi saniyədir. İxtiyari tn = nT müddətindən sonra maddədə çevrilməyən nüvələrin sayı radioaktiv çevrilmə qanunu ilə ifadə olunur:
Radioaktiv çevrilmə qanununu 1902-ci ildə E.Rezerford və F.Soddi aşkar etmişlər. Bu qanun ixtiyari zaman anında radioaktiv çevrilməyə məruz qalmayan nüvələrin sayını müəyyənləşdirməyə imkan verir. Hər bir radioaktiv izotopun öz yarımçevrilmə periodu var, məsələn: uran-238 izotopunun yarımçevrilmə periodu 4,5 milyard il, radium -226-nın isə 1600 ildir.
■
|
1960-cı ildə ABŞ fiziki Frenk Libbi (1908-1980) geoxronologiyanın radiokarbon metodunu müəyyənləşdirdiyinə görə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bu metodun köməyi ilə Yer kürəsi və insan mədəniyyəti tarixində baş vermiş müxtəlif hadisələrin - qayaüstü rəsmlərdən Misir fironlarının məzarlıqlarına qədərki dövrün, “Buz dövrü”nün başlanğıcından heyvanlar və bitkilər aləminin “məhv” olduğu dövrə qədərki hadisələrin, nisbətən “yaxın tarixi dövrə” aid arxeoloji tapıntıların yaşmı müəyyənləşdirmək mümkün oldu. |
ARAŞDIRMA | 1 |
Məsələ 1. | Arxeoloji tapıntının laboratoriyada analizindən məlum oldu ki, onun tərkibindəki radiokarbon izotopunun faizlə miqdarı səkkiz dəfə azalmışdır. Radiokarbon izotopunun yarımçevrilmə periodu 5700 ildirsə, tapıntının neçə yaşı var? |
- radioaktiv maddələrin aktivliyi həmin maddənin kütləsi ilə mütənasibdir;
- eyni radioaktiv maddə üçün müəyyən sabit zaman intervalı mövcuddur ki, bu intervalda onun aktivliyi orta hesabla 2 dəfə azalır. Belə azalma həmin maddənin halından (digər maddələrlə qarışığından, temperaturundan, təzyiqindən və s.) asılı deyildir;
- müxtəlif maddələrin radioaktivliyinin azalma sürəti müxtəlifdir.
Beləliklə, radioaktivliyin azalma sürətini xarakterizə etmək üçün elmə yarımçevrilmə periodu anlayışı daxil edildi.
• Yarımçevrilmə periodu - verilən radioaktiv nüvələrin sayının orta hesabla yarısının çevrilməyə məruz qaldığı zaman intervalıdır.