Radioaktiv nüvələrin β-şüalanması nüvələrin β-çevrilməsi adlanır.
β- - çevrilməsinə məruz qalan nüvənin yükü e qədər artır, kütlə ədədi dəyişmir və kimyəvi element Mendeleyev cədvəlinin sonuna doğru yerini bir xana dəyişir:
β+ - çevrilməsinə məruz qalan nüvənin yükü e qədər azalır, kütlə ədədi dəyişmir və kimyəvi element Mendeleyev cədvəlinin başlanğıcına doğru yerini bir xana dəyişir:
Radioaktiv nüvənin β-çevrilməsinə nümunə olaraq aşağıdakı reaksiyaları göstərmək olar:
Radioaktiv nüvənin β-çevrilməsinin (5) və (6) reaksiyalanndakı simvolları nəyi bildirir?
1934-cü ildə İtaliya əsilli ABŞ fiziki Enriko Fermi (1901-1954) β-çevrilmənin kvant nəzəriyyəsini işlədi. Bu nəzəriyyəyə görə, nüvənin β- çevrilməsində nüvə daxilində bir neytronun protona çevrilmə prosesi baş verir. Həmin proses elektrik yükünün və enerjinin saxlanması qanununa görə iki zərrəciyin - elektron və yük ədədi ilə kütlə ədədi sıfıra bərabər olan zərrəciyin yaranması ilə müşayiət olunur. Fermi həmin zərrəciyi neytrino (ital. “neytrino” - neytral) adlandırdı:
Analoji olaraq nüvənin β+ - çevrilməsində nüvə daxilində bir protonun neytrona çevrilməsi prosesi baş verir və pozitronla yanaşı, yük ədədi ilə kütlə ədədi sıfıra bərabər olan zərrəciyin - antineytrinonun yaranması ilə müşayiət olunur:
• γ -şüalanma - çox böyük tezlildi (1018÷102OHs) foton selindən ibarət elektromaqnit şüalanmasıdır. O çox böyük nüfuzetmə qabiliyyətinə də malikdir - qalınlığı bir neçə santimetr olan qurğuşun divardan keçə bilir. Bu şüalar elektrik yükünə malik olmadığından elektrik və maqnit sahəsinin təsirinə məruz qalmır. γ-şüalanma, adətən, nüvələrin α- və β-çevrilmələrini müşayiət edir. Belə ki, nüvənin çevrilməyə məruz qalması - atomu həyəcanlanmış halda olan yeni nüvələrin yaranması deməkdir. Həyəcanlanmış atom isə γ-şüalanmaya malik olan kvant buraxmaqla yenidən əsas halına qayıdır.
Beləliklə:
• γ-şüalanmada nüvənin kütlə və yük ədədləri dəyişməz qalır - radioaktiv yerdəyişmə baş vermir.
• Bütün nüvə çevrilmələri və nüvə reaksiyaları üçün mütləq şəkildə kütlə və yük ədədlərinin saxlanması qanunu ödənilir.