ARAŞDIRMA | 1 |
Məsələ 1. | Şəkillərdə radioaktiv şüaların bircins maqnit (b) və elektrik sahəsində (c) yolları təsvir edilmişdir. Verilən rəqəmlərlə radioaktiv şüalanmanın hansı növü işarə edilmişdir? |
1896-cı ildə fransız fiziki Anri Bekkerel (1852-1908) təbii uran duzunda lüminessensiya hadisəsini araşdırarkən onun tərkibi məlum olmayan spontan şüalanmasını aşkar edir. Maddələrin spontan şüalanması radioaktivlik (lat. “radium ” - şüa buraxıram + “action ” - fəaliyyət), belə şüalanmanın özü radioaktiv şüalanma, radioaktiv şüalanma xassəsinə malik maddələr isə radioaktiv maddələr adlandırıldı.
1898-ci ildə fransız alimləri Pyer Küri (1859-1906) və Mariya Sklodovskaya-Küri (1867-1934) yeni radioaktiv elementlər - radium və polonium (Mariya Sklodovskaya-Kürinin vətəni Polşanın şərəfinə adlandırılmışdır) kəşf etdilər.
1903-cü ildə ingilis alimləri Emest Rezerford və Frederik Soddi (1877-1956) təcrübi olaraq müəyyən etdilər ki, radioaktiv şüaların tərkibi müxtəlif xassəyə malik üç şüalanmadan ibarətdir. Bunlar yunan əlifbasının üç ardıcıl hərfi ilə adlandırıldı: α-şüalanma, β-şüalanma və γ-şüalanma.
a-şüalanma - helium nüvələri selindən ibarətdir. O, elektrik və maqnit sahələrinin təsirinə məruz qalır, yüksək ionlaşdırma qabiliyyətinə malikdir. Belə ki, o, sərbəst uçuş yolunda 105 cüt ion əmələ gətirə bilir. Bu şüalanma kiçik nüfuzetmə qabiliyyətinə malikdir: bərk cisimlər üçün 0,1 mm, qazlar üçünsə bir neçə sm-dir.
Radioaktiv nüvələrin a-şüalanması nüvələrin a-çevrilməsi adlanır, a-çevrilməsinə məruz qalan nüvənin yükü 2e, kütləsi 4 vahid azalır və kimyəvi element Mendeleyev cədvəlinin başlanğıcına doğru yerini iki xana dəyişir:
Radioaktiv nüvənin α-çevrilməsinə nümunə olaraq uranın radioaktiv toriuma çevrilməsi reaksiyasını göstərmək olar:
• β-şüalanma - enerjisi (5÷10)MeV-ə çatan elektron yaxud pozitron selindən ibarətdir. O, elektrik və maqnit sahələrində güclü meyil edir, vakuumda işıq sürətinə yaxm sürətlə yayıla bilir və qalınlığı bir neçə mm olan alüminium lövhə tərəfindən tamamilə tutulur.