Xüsusi rabitə enerjisi böyük olan nüvələr daha dayanıqlı, yüngül və ağır nüvələr isə orta kütlə ədədinə
malik nüvələrə nisbətən az dayanıqlı nüvələrdir. Bunu xüsusi rabitə enerjisinin kütlə ədədindən asılılıq
qrafikindən də görmək olur (a). Deməli, xüsusi rabitə enerjisi - nüvələrin
dayanıqlığını xarakterizə edən
fiziki kəmiyyətdir.
Hansı izotopun xüsusi rabitə enerjisi ən böyükdür?
Məsələ 2. |
Xüsusi rabitə enerjisinin kütlə ədədindən asılılıq qrafıkinə əsasən izotoplarını xüsusi rabitə enerjisinin
artma ardıcıllığı ilə sıralayın (bax: a).
|
Nəticənin müzakirəsi:
• Hansı izotopun xüsusi rabitə eneıjisi ən böyük, hansı - ən kiçikdir?
• Xüsusi rabitə enerjisi ən kiçik və ən böyük olan izotopların rabitə enerjilərinin qiymətləri arasında
hansı münasibət var?
Arif və Nəzrin dərsdə müəllimin verdiyi belə bir məsələni müzakirə edirdilər:
“Niyə ağır kimyəvi
elementlərin nüvələrində neytronların sayının protonların sayına nisbəti, yüngül elementlərin
nüvələrirıdəki uyğun nisbətdən böyükdür?”
Arif: -
Mənim fikrimcə, ağır nüvələrdə protonlarla neytronların sayı çox olduğundan onlar
arasındakı nüvə
qüvvələri də yüngül nüvələrlə müqayisədə çox böyük olur. Enerjinin saxlanması qanununa görə, ağır
nüvələrdə uyğun nisbət də yüngül nüvələrə nəzərən daha böyük olmalıdır.
Nəzrin: -
Düşünürəm ki, nüvədə proton çox olduqda onlar arasında Kulon itələmə qüvvələri
daha
güclü
olur. Bu qüvvələri neytrallaşdırmaq üçün daha çox neytron lazımdır ki, protonlar nüvəni tərk
etməsin.
• Siz kimin fikri ilə razısınız? Niyə?
NƏ ÖYRƏNDİNİZ? |
İş vərəqində "Nüvələrin rabitə enerjisi və enerjinin saxlanması qanunu" mövzusunda esse yazın.
|