Nüvə qüvvələri
Nüvənin dayanıqlığı onu təşkil edən proton və neytronlar arasında nüvə qüvvələri (və ya güclü qarşılıqlı təsir qüvvələri) adlanan xüsusi cazibə xarakterli qüvvələrin mövcud olmasındadır.
• Nüvə qüvvələri - nuklonlan nüvədə saxlayan və onun dayanıqlığını təmin edən qüvvələrdir.
Bu qüvvələrdə aşağıdakı xüsusiyyətlər aşkar edilmişdir:
1) cazibə xarakterli qüvvələrdir;
2) nüvə ölçüləri dairəsində protonlar arasında mövcud olan itələmə xarakterli Rulon qüvvələrindən 100 dəfə böyükdür;
3) yaxmatəsir xarakterlidir - nüvə ölçüləri dairəsində (10-15 ÷ 10-14m) meydana çıxır;
4) nuklonlar arasındakı nüvə qarşılıqlı təsir qüvvələri elektrik yükündən asılı deyildir: protonla - proton, protonla - neytron və neytronla - neytron arasındakı nüvə qüvvələri eynidir;
5) doyma xassəsinə malikdir: bu o deməkdir ki, nüvə daxilindəki nuklonlar yalnız yaxm “qonşuluqdakı” zərrəciklərlə qarşılıqlı təsirdə ola bilir;
6) mərkəzi təsir xarakterli deyildir, yəni nüvə qüvvələri qarşılıqlı təsirdə olan nuklonların mərkəzlərini birləşdirən xətt boyunca yönəlmir.
İzotoplar
• Nüvələrində protonlarının sayı eyni, lakin neytronlarının sayı müxtəlif olan atomlar verilən kimyəvi elementin izotopları (yun. “izos " - eyni + “topos ” - yer) adlanır. Tərifi belə də söyləmək olar:
• Protonlarının sayı eyni, kütlə ədədləri müxtəlif olan atomlar izotoplar adlanır. Məsələn, hidrogenin üç izotopu məlumdur: (protium) izotopu yalnız 1 protondan ibarətdir, (deyterium) və (tritium) izotopları isə bir protondan və uyğun olaraq bir və iki neytrondan ibarətdir (d). Qeyd edək ki, neytronlar elementin kimyəvi xassəsinə heç bir təsir göstərmədiyindən eyni elementin bütün izotoplannın kimyəvi xassələri də eyni olur. Lakin neytronlarının sayı müxtəlif olan izotoplar fiziki xassələrinə görə (məs.: atomun enerji səviyyələrinə görə) bir-birindən fərqlənir.