ARAŞDIRMA | 1 |
Məsələ 1. | Şəkildə üç izotopun nüvə modelinin sxemi təsvir edilmişdir. Sxemləri iş vərəqinə köçürün və nöqtələrin yerinə uyğun izotopda proton, neytron və elektronların sayını qeyd edin. Onun kütlə və yük ədədini təyin edin, Mendeleyev cədvəlindən istifadə edərək izotopun simvolunu vazın. |
Atom nüvəsinin quruluşu. Atom nüvəsi nuklonlar adlanan iki növ zərrəciklərdən - müsbət yüklü protonlardan və elektrik cəhətdən neytral olan neytronlardan təşkil olunmuşdur (a).
Adətən, hidrogen atomunun nüvəsi proton adlanır. O, və yaxud simvolu ilə işarə edilir. Protonun xarakteristikaları belədir: mp = 1,6726 ⋅ 10-27kq;
qp = 1,6 ⋅ 10-19Kl = e; nüvədən kənar sərbəst yaşama dövrü r > 1032 ildir.
Neytron simvolu ilə işarə olunur və məlum xarakteristikaları belədir: mn = 1,6749 • 10-27kq; qn =O; nüvədən kənar sərbəst yaşama dövrü τ ≈ 886 san-dir.
Proton elementar zərrəcik modelinə görə iki u və bir d kvarkından ibarətdir (b). Kvarklar kəsrli elektrik yükünə malik zərrəciklərdir:
u = + 2
3e; d = - 1
3e.
p(uud) → + 2
3e + 2
3e - 1
3e = e.
Neytronun daxili quruluşu isə bir u və iki d kvarkmdan ibarətdir (c). Ona görə də neytron elektrik cəhətdən neytraldır (yükü sıfıra bərabərdir): n = u + d + d = 0, yaxud:
n(udd) → + 2
3e - 1
3e - 1
3e = 0.