İonlar bu səviyyədə C səviyyəsinə nisbətən daha çox qala bilir. Nəticədə kristalın həyəcanlanmış səviyyəsinin “sakinlərinin” sayı əsas səviyyəyə nisbətən daha çox olur.
Enerjisi hv= EB — EA olan həyəcanlandırıcı foton kristalda EB → EA keçidinə uyğun 2 olan 693 nm dalğa uzunluqlu qırmızı işığın məcburi şüalanmasını yaradır (bax: a).
Lazerdə şüalanmanın gücləndirilməsi işığın mühitin eyni təbəqəsindən dəfələrlə keçməsinin təmin olunması yolu ilə əldə edilir. Belə effektə maddənin həmin təbəqəsini bir-birinə paralel olan iki güzgü arasında yerləşdirməklə nail olunur. Yaqut lazerinin sadələşdirilmiş sxemində bunu aydın görmək olar (b).
Burada 1 - işığın gücləndirilməsinin baş verdiyi mühit, 2 - güzgü, 3 - yarımşəffaf güzgü, 4 - işıq mənbəyidir: o, mühitin atomlarını həyəcanlanmış hala gətirir.
Həyəcanlandırıcı foton yaqut kristalının oxuna paralel hərəkət edərək eyni istiqamətdə hərəkət edən yeni nəsil fotonlar seli yaradır (c). Bu selin bir hissəsi 3 güzgüsündən keçərək kənara çıxır, digər hissəsi isə güzgüdən qayıdaraq 1 mühitində güclənir (d). 2 güzgüsündən qayıdan gücləndirilmişfotonlar seli həyəcanlandırıcı fotonlar kimi hərəkət edir (e). Beləliklə, yaqut kristalında dəfələrlə gücləndirilən çox yüksək enerjili foton seli qırmızı şüa formasında 3 güzgüsündən kənara çıxır. Alınan qırmızı lazer şüalanması ağ Günəş işığ və adi qırmızı işıqdan fərqlənir (cədvəl 4.3).
Cədvəl 4.3. Lazer şüalanması ilə adi şüalanmanın müqayisəsi.