Atomun n > 1 olan bütün halları onun həyəcanlanmış halıdır. Atom həyəcanlanmış halda çox qala bilmir, şüalanma yolu ilə yenə minimum enerji halına qayıdır.
Beləliklə, (3) düsturuna əsasən, hidrogen atomunun birinci kvant halında enerjisi
E1 = -E0, ikincidə E2 = - E0
22 üçüncüdə
E3 = - E0
32 və s.
olur. Bu o deməkdir ki, hidrogen
atomu minimum enerji səviyyəsindən ikinci enerji səviyyəsinə keçdikdə enerjisi 4 dəfə, üçüncüyə keçdikdə
9 dəfə və s. artır.
Atomun enerji səviyyələri üfüqi xətlərlə təsvir edilir. Atomun bir stasionar halından digərinə keçidi şaquli oxlarla təsvir edilir: oxun aşağı olması bir kvant şüalanmasına, oxun yuxarı olması isə bir kvant udulmasına uyğundur (e).
Atomun enerji səviyyələri diaqramından görünür ki, onun n = ∞ kvant halında enerjisi E∞ = 0 olur. Bu o deməkdir ki, nüvə ilə rabitəni tərk edən elektron sərbəst halda sükunətdədir. Ona görə də nüvə ilə rabitədə olan elektronların enerji səviyyələri enerjinin sıfırdan kiçik, mənfi qiymətlərinə uyğun olmalıdır. Elektron nüvəyə cəzb olunduğuna görə onu atomdan qoparmaq üçün sıfırdan böyük, müsbət iş görülməlidir.
Borun III postulatına görə hidrogen atomunun şüalanmasının mümkün olan tezlikləri
düsturu ilə təyin edilir. Burada R ≈ 3,3 ⋅ 1015san -1 Ridberq sabitidir.