İPUCU
|
Çevrə üzrə hərəkət təcilli hərəkət olduğundan atomdakı elektronlar fasiləsiz olaraq fırlanma tezliyinə bərabər tezlikdə elektromaqnit dalğaları şüalandırmalıdır. Bunun nəticəsində elektronun enerjisi sürətlə azalmalıdır. |
Borun kvant postulatları. 1913-cü ildə danimarkalı alim Nils Bor (1885-1962) Plankın işıq kvantları fərziyyəsinə əsaslanaraq atomun kvant nəzəriyyəsinə aid işlərini nəşr etdirdi. Bu nəzəriyyədə o, üç postulat əsasında atomun planetar modelinin çətinliklərini kvant təsəvvürləri əsasında aradan qaldırdı.
Borun birinci postulatında atomda elə halların mövcud olduğu əsaslandırılır ki, həmin hallarda təcillə hərəkət edən elektronlar elektromaqnit dalğaları şüalandırmır.
• I postulat - atom klassik fizika qanunlarına tabe olan hallarda deyil, xüsusi kvant (və ya stasionar) hallarda mövcud ola bilir. Hər bir kvant halı müəyyən En enerjisinə malikdir. Atom stasionar halında elektromaqnit dalğası şüalandırmır (b).
Borun ikinci postulatında atomda işığın udulma və şüalanma prosesi izah edilir.
• II postulat - atom bir stasionar haldan digərinə keçdikdə enerjisi hvmn olan bir işıq kvantı şüalandırır və ya udur. Şüalanan və ya udulan kvantın enerjisi stasionar halların enerjiləri fərqinə bərabərdir:
hvmn = Em - Em. (1)
Buradan alınır ki, şüalanma tezliyi:
Vmn = (Em - En)
h = Em
h - En
h.
(2)
Atom böyük enerjili stasionar haldan kiçik enerjili stasionar hala keçdikdə şüalanma baş verir:
Em < En
Bu zaman elektron bir kvant şüalandıraraq uzaq orbitdən nüvəyə yaxın orbitə keçir (c).
Atom bir işıq kvantı udduqda isə o, kiçik enerjili stasionar haldan böyük enerjili stasionar hala keçir:
Em > En.
Bu zaman elektron nüvəyə yaxın orbitdən uzaq orbitə keçir (d).
Atomun enerji səviyyələri. Bor hidrogen atomunun stasionar hallarının enerjisi üçün aşağıdakı düsturu müəyyən etdi:
En = - E0
N2. (3)
Burada E0 = 13,6 eV minimum enerji halında olan hidrogen atomunun ionlaşma enerjisi, n - baş kvant ədədidir. Baş kvant ədədinin n = 1 olan stasionar halı atomun əsas halıdır və bu halda o, enerji şüalandırmır.