• Nöqtəvi elektrik yükünün vakuumda yaratdığı sahənin intensivliyi bu yükün miqdarından düz, mənbədən sahənin verilən nöqtəsinə qədərki məsafənin kvadratından tərs mütənasib asılıdır.
Əgər q0 yükü müsbətdirsə, intensivlik vektoru sahənin istənilən nöqtəsində radial istiqamətində yükdən xaricə, mənfidirsə, həmin nöqtədən yükə doğru yönəlir (d).
Elektrik sahələri üçün superpozisiya prinsipi ödənilir.
• Fəzanın verilən nöqtəsində bir neçə elektrik yükünün yaratdığ sahənin yekun intensivliyi ayrı-ayrı
yüklərin yaratdığ sahələrin intensivliklərinin həndəsi cəminə bərabərdir.
Şəkildə iki nöqtəvi elektrik yükünün A nöqtəsində yaratdığı sahənin yekun intensivliyinin təyin olunması sxemi təsvir edilmişdir (e).
F= F0
ε=k |q0||q|
εr2= 1
4πε0ε |q0||q|
r2
E= E0
ε= 1
4πε0ε |q0|
r 2