4.4 | ATOMUN QURULUŞU HAQQINDA BORUN KVANT POSTULATLARI.
ATOMUN ENERJİ SƏVİYYƏLƏRİ |
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 |
Atomun quruluşunun ilk modelini 1903-cü ildə ingilis fiziki Con Cozef Tomson (1856-1940) irəli sürür. Bu modelə görə, atom radiusu təxminən 10-10m olan kürə formasındadır. |
Müsbət yük həmin kürənin bütün həcmini təşkil edir, mənfi yüklü elektronlar bu kürənin daxilində "keksdə kişmiş" kimi yerləşir. Lakin bu model radioaktivliyi, elektromaqnit hadisələrini və s.-ni izah edə bilmədi.
1910—1911-ci illərdə ingilis fiziki Emest Rezerford (1871-1937) apardığı silsilə təcrübələrlə atomun tamamilə fərqli quruluşa malik olduğunu aşkar etdi. Rezerford modelinə görə, atom aşağıdakı quruluşa malikdir:
• Atomun, demək olar ki, bütün kütləsi (≈ 99,96%) onun nüvəsində toplanmışdır. Nüvənin ölçüsü atomun ölçüsü ilə müqayisədə çox kiçikdir, onun diametri ≈ 10-15m-dir.
• Atom nüvəsinin yükü qN = +Ze (e — elementar yükün kimyəvi elementlərin dövri sistemindəki Z sıra nömrəsi hasilinə bərabərdir).
Nüvə ətrafında Kulon elektrik qüvvələrinin təsiri altında dairəvi orbitlər üzrə elektronlar hərəkət edir. Neytral atomda elektronların sayı Z olduğundan atomdakı elektronların ümumi yükü qe = —Ze-yə bərabərdir. Bu model Günəş sisteminə bənzədiyindən ona atomun planetar modeli də deyilir.
■
|
Məlum olduğu kimi, elektrik yüklərinin ixtiyari təcilli hərəkəti elektromaqnit dalğalarının şüalanması ilə nəticələnir. Atomun quruluşuna aid Tomsonun “kişmişli keks” modelinə əsasən, elektron atomun bütün həcmi boyu rəqsi hərəkətdədir. Rezerfordun “planetar” modelinə əsasən, elektronlar nüvə ətrafında dövri hərəkətdədir. |
ARAŞDIRMA | 1 |
Rezerford eksperimentə əsaslanan atomun planetar modeli haqqındakı ideyalarını 1911-ci ildə nəşr etdirməsinə baxmayaraq elm aləmi bu modeli ciddi qəbul etmədi. Səbəb də o idi ki, atomun Rezerford modelində elektronların hərəkət qanunu elektrodinamika qanunlarına ziddir. Bu ziddiyyətin əsas səbəbinin sxemi şəkildə təsvir edilmişdir (bax: a).
Nəticənin müzakirəsi: