4. Fotonun elektrondan səpilməsi prosesində onun dalğa uzunluğunun dəyişməsi düşən şüanın dalğa
uzunluğundan asılı deyil, o yalnız fotonun səpilmə bucağı ilə təyin
olunur: Δλ = λ' - λ = h
mc ( 1 - cosθ ).
Burada m — elektronun kütləsi, θ — fotonun səpilmə bucağıdır (bax: a).
1.2. De Broyl dalğaları. 1923-cü ildə fransız fiziki de Broyl (1892-1987) fotonun
dalğa-korpuskul dualizm
xassəsinin maddənin bütün zərrəciklərinə - elektron,
proton, neytron və atomlara da xas ola bilmə fərziyyəsini irəli sürür. Onun ideyasına
görə, əgər hər bir zərrəcik E = hv enerjisinə və ρ = E
c impulsuna malikdirsə, bu halda həmin
zərrəciyin
hərəkətinə tezliyi ν = E
h və dalğa uzunluğu λ =
h
ρ = h
mν
dalğa kimi baxıla bilər.
De Broylun nəzəri əsaslandırdığı bu fərziyyə 1927-1928-ci illərdə aparılan eksperimentlərdə təsdiqləndi. Maddə zərrəciyi olan elektronun dalğa xassəsini aşkarlamaq üçün elə cihaz tələb olunurdu ki, onun həndəsi parametrləri elektron dalğasının uzunluğu tərtibində olsun; məsələn, əgər elektron ν= 4 ⋅ 106m/san sürətlə hərəkət edirsə, onun dalğa uzunluğu:
alınır. Dalğa uzunluğunun bu qiyməti kristal qəfəslərdə atomlararası məsafə tərtibindədir. Ona görə də aparılan eksperimentlərdə kristal qəfəsdən keçən elektron dəstəsinin interferensiya və difraksiyası aşkar edildi. Beləliklə, təbiətin ən mühüm qanunlarından biri - materiyanın dalğa-korpuskul xassəsinə malik olması həm nəzəri, həm də eksperimental olaraq təsdiqləndi.