• Xarici fotoeffekt - işığın təsiri ilə maddənin səthindən fotoelektronların xarici fəzaya çıxmasıdır.
• Daxili fotoeffekt - işığın təsiri ilə maddəni (yarımkeçirici və dielektrik) təşkil edən atomlardan elektronların qoparaq sərbəstləşməsi və beləliklə, maddə daxilində keçirici elektron və deşiklərin yaranmasıdır.
• Ventil fotoeffekt - işığın təsiri ilə iki müxtəlif yarımkeçirici, yaxud yarımkeçirici-metal kontaktında EHQ-nin yaranmasıdır.
Fotoeffektin başvermə qanunauyğunluqlarını təcrübi olaraq 1888-1890-cı illərdə rus alimi Aleksandr Stoletov (1839-1896) vakuum fotoelementinin köməyi ilə müəyyən etdi (b). Vakuum fotoelementi - içərisindən havası çıxarılmış şüşə balondan ibarətdir. Balon katod (K) və anodla (A) təchiz edilmişdir. İşıq şüası katodun üzərinə düşərək onun səthindən fotoelektronlan qoparır. Qopan elektronların bəziləri anoda çataraq katodla anod arasında fotocərəyan yaradır. Fotocərəyan milliampermetrlə, elektrodlar arasındakı gərginlik isə voltmetrlə ölçülür (bax: b). Bu təcrübə nəticəsində vakuum fotoelementinin VAX-ı alınmışdır (c). Qrafikdən görünür ki, katodla anod arasındakı potensiallar fərqi müsbətdirsə və kifayət qədər böyükdürsə, fotocərəyan şiddəti də doyma qiymətinə (Id) qədər artır. Deməli, bu halda fotoelektronların hamısı anoda çatır.
Əgər elektrodlar arasındakı potensiallar fərqi mənfidirsə (katodun cərəyan mənbəyinin müsbət, anodun isə mənfi qütbünə birləşdirildiyi hal) və modulca saxlayıcı gərginlik (Usax) adlanan qiymətindən böyükdürsə, fotocərəyan şiddəti sıfıra bərabərdir. Bu onunla izah edilir ki, qopan fotoelektronlann kinetik eneıjisi mənfi qütblü anodun Kulon itələyici qüvvəsini dəf etməyə kifayət etmir. Belə halda enerjinin saxlanması qanununa və gərginliklə elektrik sahəsinin işi arasındakı əlaqəyə əsasən fotoelektronların maksimal kinetik enerjisi ilə saxlama gərginliyi arasında qanunauyğunluğu müəyyən etmək olar:
mυ2max
2
= eUsax (1)
Apanlan çoxsaylı təcrübələrdən fotoeffektin aşağıdakı qanunlan müəyyən edildi:
1. İşığın metalın səthindən bir saniyədə qopardığı fotoelektronlann sayı işığın udulan enerjisi (intensivliyi) ilə mütənasibdir.
2. Fotoelektronlann maksimal kinetik enerjisi düşən işığın tezliyinin artmasından asılı olaraq xətti artır və işığın intensivliyindən asılı deyildir (d).
3. Hər bir maddə üçün tezliyin minimum qiyməti (vmin) mövcuddur ki, düşən işığın tezliyinin qiyməti bu qiymətdən kiçik olarsa, fotoeffekt baş vermir (bax: d).