- Sink lövhəni yenə mənfi yüklə elektrikləndirin və onu tədricən boşaldıcıya yaxınlaşdırın.
Müşahidənizi davam etdirin.
- Boşaldıcının şüaları ilə mənfi yüklü sink lövhəsi arasında şüşə lövhə yerləşdirib təcrübəni və
müşahidənizi davam etdirin.
- Mənfi yüklənmiş sink lövhənin səthini adi közərmə lampası ilə işıqlandırın və müşahidənizi davam
etdirin.
- Sink lövhəni müsbət yüklə elektrikləndirib (ipək parçaya sürtülən şüşə çubuqla) təcrübəni
təkrarlayın və müşahidənizi davam etdirin.
- Elektrometri mis lövhə ilə təchiz edib onu da mənfi yüklə elektrikləndirməklə təcrübəni və
müşahidənizi davam etdirin.
Nəticənin müzakirəsi:
- Mənfi və müsbət yüklə elektriklənən sink lövhənin səthini qövs boşaldıcısı ilə şüalandırdıqda
nə müşahidə etdiniz?
- Bu müşahidələrdən hansı nəticəyə gəlmək olar?
- Mənfi yüklü lövhəni adi görünən işıqla şüalandırdıqda nə müşahidə olundu?
- Bəs bu müşahidədən hansı nəticəyə gəlmək olar?
- Mənfi yüklü lövhəni qövs boşaldıcısının şüşədən keçirilən şüaları ilə işıqlandırdıqda fərqli nə
müşahidə etdiniz?
- Bu təcrübə nəyi sübut etdi?
- Mənfi yüklü lövhəni qövs boşaldıcısına yaxınlaşdırdıqda nə baş verdi?
- Gördüklərinizdən nə nəticəyə gəldiniz?
- Təcrübəni mis lövhə ilə təkrarladıqda nə müşahidə olundu?
- Bu təcrübədən nə nəticə çıxarmaq olar?
Fotoeffektin eksperimental təsdiqi. Araşdırmadan müəyyənləşdirdiniz ki, görünən işığın
ultrabənövşəyi
diapazonundakı şüaları (şüşə lövhə ultrabənövəyi şüaları buraxmır) metaldan elektronlan qopara bilmək
xassəsinə malikdir. Bu araşdırmanı ilk dəfə 1887-ci ildə alman alimi Henrix Hers (1857-1894) apararaq
fotoeffekt hadisəsini aşkar etmişdir.
• İşığın təsiri ilə maddədən elektronların qopması hadisəsi fotoeffekt (və ya fotoelektrik effekti)
adlanır.
İşığın təsiri ilə maddənin (məsələn, metalm) səthindən qopan elektronlar fotoelektronlar,
onlanrın
yaratdığı cərəyan isə fotocərəyan adlanır.
Fotoeffektin bir neçə növü müəyyən olunmuşdur; bunlar xarici, daxili, ventil və s. fotoeffektlərdir.