• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 və 11 |
|
p-n keçidinin kontaktlarında öz-özünə əks işarəli yüklər yaranır. Ona görə də bu kontaktlara qısamüddətli cərəyan yaradan mənbə kimi baxmaq olar. Əgər p-n keçidi işıqlandırılarsa, orada yeni elektron-deşik cütləri yaranmaqla ekoloji təmiz cərəyan mənbəyi almar; məsələn, günəş batareyası. Qazı elektrik keçiricisi etmək üçün orada yükdaşıyıcılar - sərbəst elektronlar və ionlar yaradan mənbələr olmalıdır. Belə mənbələrdən biri ionlaşdırıcının təsiri ilə yaradılmış ionlardır. Müstəqil qaz boşalmasında güclü elektrik sahəsinin təsiri ilə böyük kinetik eneıji alan bu ionlar katoda zərbələr endirərək onu öz səthindən elektronlar emissiya etməyə məcbur edir. Bu proses zərbə ilə emissiya hadisəsi adlanır. Beləliklə, müstəqil qaz boşalması zərbə ionlaşması və katodun səthindən elektronların emissiyası vasitəsilə baş verir.
Vakuum borusundakı katodun qızdırılması nəticəsində elektronların termoelektron emissiyası baş verir. Bu elektronlar anodla katod arasına verilən onlarca kilovolt gərginlik hesabına yaradılan sahənin təsiri ilə sürətləndirilir. Sürətlənmiş elektronlar anodla toqquşduqda onlar kəskin tormozlanır və bu zaman rentgen şüalanması (X-ray radiation) baş verir.
■
|
Metrokartda kifayət qədər balans olmadıqda tumiket keçidi qapayır. Lakin balans kifayət etdikdə isə tumiket keçidi açır və biz metroya daxil oluruq. Deyirlər ki, tumiket və ona oxşar qurğuların elektrik dövrəsi işıq və kölgənin təsiri ilə qapanıb açıla bilir. |
ARAŞDIRMA | 1 |