Burada mütənasiblik əmsalı h — Plank sabiti adlanır. Dünyəvi sabit olan Plank sabitinin ədədi qiyməti təcrübədən təyin olunmuşdur: h = 6,626 ⋅ 10-34C ⋅ san.
A.Eynşteyn bu fərziyyəni belə əsaslandırdı ki, diskretlik şüalanma (və ya udulma) mexanizmindən deyil, şüalanmanın (və ya udulmanın) özünün diskret quruluşundan -yəni şüalanmanın kvantlardan (porsiyalardan) ibarət olmasından irəli gəlir.
Fotonun (kvantın) xassələri. Foton müasir təsəvvürlərə görə aşağıdakı xassələrə malikdir:
1. Foton atomda sərbəst halda mövcud deyil, o, atomun enerji səviyyəsinin dəyişməsi zamanı yaranır.
2. Foton yaşama müddətinə görə davamlı zərrəcikdir.
3. Foton bölünməz zərrəcikdir - onun tərkib hissəsi müəyyən olunmayıbdır.
4. Foton elektrik cəhətdən neytraldır və onun digər fotonlarla qarşılıqlı təsiri aşkarlanmayıbdır.
5. Fotonun istənilən hesablama sistemində hərəkət sürəti sabit olub işığın vakuumdakı sürətinə bərabərdir: c = const ≈ 3 ⋅ 108m/san.
Fotonun sürəti onun enerjisindən asılı deyildir.
6. Foton impulsa malikdir. Nisbilik nəzəriyyəsinə görə fotonun impulsu:
p = E
c = hv
c = h
λ. (2)
Bu düstur işığın ikili (dualist) xassəyə malik olduğunu “qanuniləşdirir yəni işıq həm impulsa malik zərrəciklər (foton) seli, həm də A uzunluğuna malik elektromaqnit dalğasıdır. Beləliklə, (2) ifadəsi materiyanın fundamental qanunauyğunluğunu - dalğa və zərrəcik dualizmini təsdiqləyir.
Fotonun impulsa malik olduğunu təcrübi şəkildə ilk dəfə ingilis fiziki və kimyaçısı Vilyam Kruks (1832-1919) hazırladığı vakuum tərəzisində müşahidə etmişdir.
“Kruks radiometri” adlandırılan bu cihaz işıq fotonlarının impulsunun təsiri nəticəsində işləyir (bax: a).
7. Foton maddə ilə qarşılıqlı təsir zamanı udula, səpilə və yeni fotonun yaranmasına səbəb ola bilir.
8. Foton nüvə sahəsində elektron və pozitron cütünə çevrilə bilir:
Y → e -1 + e +1.
Bu çevrilmə isə materiyanın digər fundamental qanunauyğunluğunu, maddə ilə fiziki sahə arasında qarşılıqlı əlaqənin mövcudluğunu təsdiqləyir.
Kvantın enerjisi nəyə bərabərdir?
|
Nəticənin müzakirəsi:
|