Elektromaqnit sahəsinin xüsusi hallarından biri sükunətdəki elektrik yükünün yaratdığı elektrik sahəsidir.
• Elektrik sahəsi - verilən hesablama sisteminə nəzərən olan elektromaqnit sahəsidir. Əgər elektrik sahəsini verilən hesablama sisteminə nəzərən sükunətdə olan elektrik yükləri yaradırsa, belə sahə elektrostatik sahə adlanır. Bundan sonra sadəlik üçün elektrik sahəsi dedikdə elektrostatik sahə nəzərdə tutulacaq.
Elektrik sahəsi bircins və qeyri-bircins ola bilir.
• Bircins elektrik sahəsi - intensivliyi fəzanın bütün nöqtələrində qiymət və istiqamətcə eyni olan elektrik sahəsidir. Əks halda sahə qeyri-bircinsdir.
Məsələn, biri müsbət, digəri eyni miqdar mənfi yükə malik paralel müstəvi lövhələrarası fəzadakı elektrik sahəsi bircins (a), nöqtəvi yükün yaratdığı elektrik sahəsi isə qeyri-bircinsdir (b).
Nöqtəvi elektrik yükünün vakuumda və mühitdə yaratdığı elektrik sahəsinin intensivliyi. Məlumdur ki, nöqtəvi q0 yükünün vakuumda yaratdığı elektrik sahəsinə q sınaq yükü gətirilərsə, onlar arasında Kulon qarşılıqlı təsiri yaranacaq.
• Vakuumda sükunətdə olan iki nöqtəvi yükün qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olub yükləri birləşdirən düz xətt boyunca yönəlir (c):
F0=k |q0||q|
r2=
1
4πε0 |q0||q|
r2
(1)
Burada k mütənasiblik əmsalıdır, onun qiyməti:
k = 1
4πε0=9•109N • m2
Kl2
Həmin sabit onu göstərir ki, hər birinin yükü İKI, aralarındakı məsafə 1 m olan iki nöqtəvi yük vakuumda bir-birinə 9 • 109N qüvvə ilə təsir edir.
Burada ε0 elektrik sabitidir: ε0 = 1
4πε0=
8,85•10-12Kl2
N•m2
Beləliklə, Kulon qanununun riyazi ifadəsi əsasında vakuumda q0 yükünün yaratdığı elektrik sahəsinin mənbədən ixtiyari r məsafəsindəki nöqtədə intensivliyin modulunu təyin etmək olar:
E0= F
|q|=1
4πε0
|q0|
r2 (2)