3.11. | Ölkəmizdə istehsal olunan dəyişən cərəyanın tezliyi 50 Hs -dir. Su - elektrik stansiyalarında 24 cüt qütbü olan rotor dəqiqədə neçə dəfə fırlanmalıdır ki, həmin tezlik alınsın? |
3.12. | İnduktivliyi 0,1 ÷ 10 mkHn aralığında dəyişən sarğac və elektrik tutumu 50 ÷ 5000 pF aralığında dəyişən kondensatordan ibarət olan radioqəbuledici hansı tezlik aralığında işləyir? |
3.10. | Şəkildə aktiv, tutum və induktiv müqavimətlərinin dəyişən cərəyan tezliyindən asılılıq qrafikləri təsvir edilmişdir. Bu asılılıqlar uyğun olaraq hansı rəqəmlə işarə edilmişdir. |
3.13. | İlk radio siqnalı 1895-ci ildə A.S.Popov tərəfindən 250 m məsafəyə göndərilmişdir. Göndərilən siqnal nə qədər müddətə həmin məsafəni qət etmişdir? |
3.15. | Bütün rənglər monoxromatik deyildir. Verilən rənglərdən monoxromatik olmayanı müəyyən edin: ağ, qırmızı, sarı, boz, göy, narıncı, qara, yaşıl. |
3.16. | Şəkildə x simvolu ilə hansı rəngli şüa işarə edilmişdir? |
3.17. | İki koherent dalğanın yollar fərqinin 5λ olduğu nöqtədə alman interferensiya maksimumunun tərtibini təyin edin. |
3.14. | Radiolokator 1700 Hs tezlikli impuls rejimində işləyir. Hər bir impulsun davametmə müddəti 0,8 mksan-dir. Radiolokator hansı ən böyük (l1) və ən kiçik (l2) məsafələrdə hədəfi təyin edə bilər ? |
3.18. |
Koherent dalğalar üçün düzgün ifadəni seçin: |
3.19. | Hər 1 mm məsafədə 500 cizgisi olan difraksiya qəfəsinin səthinə perpendikulyar olaraq dalğa uzunluğu 500 nm olan monoxromatik işıq düşür. Ekranda neçə tərtib spektr müşahidə olunar? |
3.20. | Difraksiya qəfəsinin görünən spektrinin ikinci və üçüncü tərtib dalğaları qismən bir-birini örtür. Üçüncü tərtib spektrdəki hansı uzunluqlu dalğa ikinci tərtib spektrdəki 700 nm uzunluqlu dalğaya uyğundur? |