3.1. | Kondensator və sarğacdan ibarət sadə rəqs konturunda elektromaqnit rəqsləri alınmışdır. Konturdakı kondensatora elektrik tutumları eyni olan üç kondensator paralel birləşdirilərsə, dövrədəki elektromaqnit rəqslərinin periodu necə dəyişər? |
||
3.2. | Rəqs konturunda kondensatorun tutumu 2 mkF, sarğacın induktivliyi 80 mHn-dir. Konturda yaranan elektromaqnit rəqslərinin period və tezliyini təyin edin (π = 3). |
||
3.3. |
Rəqs konturunda yaranan elektromaqnit rəqslərinin tezliyi 50 kHs-dir. Kondensatorun lövhələri arasında məsafəni neçə dəfə böyütmək lazımdır ki, rəqs konturunda 120 kHs tezlikli rəqs yaransın? |
||
3.5. | Elektrik tutumu 5mkF olan kondensatordan və induktivliyi 200mHn olan sarğacdan ibarət sadə rəqs konturunda nə qədər müddətdən sonra elektrik enerjisi tamamilə maqnit enerjisinə keçər (π = 3)? |
||
3.6. |
Dəyişən cərəyanın tezliyi 50 Hs, bu dövrədəki sarğacın induktivliyi 0,05 Hn, voltmetrin göstəricisi isə 210 V-dursa, dövrədəki cərəyan şiddəti nəyə bərabər olar (π = 3)? |
||
3.8. |
Şəkildə iki kondensator qoşulan dəyişən cərəyan dövrəsi verilmişdir. Şəklə əsasən multimetrlərin göstəricilərini və kondensatorlar sisteminin müqavimətini hesablayın. |