Polyaroid filtri - fotoaparat və kinokameraların çox faydalı aksesuarıdır. Filtr peyzaj fotoqrafı
üçün
elə əhəmiyyətli vasitədir ki, demək olar, o, aparatın obyektivindən heç vaxt çıxarılmır. Polyaroid
filtri ətraf mənzərənin parıltısını azaldır, su altındakı obyektlərin aydın görüntüsünü təmin edir.
- Polyaroid filtri mənzərənin aydın görüntüsünü necə təmin edir?
- Belə filtrlər daha harada tətbiq edilə bilər?
№ |
Suallar |
Bilirəm |
zəif |
orta |
yaxşı |
1 |
Günəş şüası polyarlaşmış işıqdırmı? Niyə?
|
|
|
|
2 |
Hansı işıq dalğalan polyarlaşmış işıq adlanır? |
|
|
|
3 |
Avtomobilin farasından çıxan işıq qaranlıqda sürücülərin gözünü qamaşdırmasın deyə həm
faralar, həm də ön şüşə nazik polyaroid təbəqəsi ilə örtülür. Fara və ön şüşədəki
polyaroidlərin polyarlaşma istiqamətinə görə necə səmtləşdirilir: eyni istiqamətdə, yoxsa
bir-birinə nəzərən 90° bucaq altında?
|
|
|
|
4 |
Əgər polyaroidlə aydın səmaya baxılarsa, polyaroidi fırlatmaqla ondan keçən işığın
intensivliyinin azaldığını müşahidə etmək olar. Lakin polyaroidlə buluda baxılarsa,
polyaroidin hər hansı istiqamətə fırladılmasında belə hadisə müşahidə olunmaz. Bunu nə ilə
izah edərdiniz?
|
|
|
|