Məlum olur ki, polyaroidlə analizatorun 00' oxları paralel olduqda işıq hər iki lövhədən tam
keçir (f).
Lövhələrin oxları arasındakı bucaq
0° < α < 90°
arasında dəyişərsə, onlardan keçən işığın intensivliyinin azaldığı - işığın qismən keçdiyi müşahidə
olunur. Lakin lövhələrin 00' oxları bir-birinə perpendikulyar olduqda işıq analizatordan keçmir (g).
Dalğaların polyarlaşmasımn modelləşdirilməsi
Təchizat: reduktorlu kiçik elektrik mühərriki, rezin qaytan, kəsiyi olan qutu (2 ədəd), ştativ.
İşin gedişi:
- Rezin qaytanı kəsiyi olan qutudan keçirib bir ucunu mühərrikin diskinə, digər ucunu isə ştativə
bağlayın. Həm mühərriki, həm də ştativi masaya bərkidin.
- Mühərriki işə salın və qaytanda yaranan müxtəlif istiqamətli rəqslərin kəsikdən - “polyaroid”dən
necə keçməsinə diqqət yetirin.
-
Qaytanda yaranan dalğanın yolu üstündə ikinci qutu - “analizator” yerləşdirin. Təcrübəni
analizator ilə polyaroid kəsikləri arasında bucağı
0° < α < 90°
arasında dəyişməklə təkrarlayın Qaytanda yarman dalğanın nccə dəyişdiyini müşahidə edin (h).
Nəticənin müzakirəsi:
• “Polyaroid” qutudan
qaytanın hansı rəqslərinin keçdiyini müşahidə etdiniz?
• İki qutu ilə apardığınız təcrübədən nə nəticəyə gəldiniz?