ARAŞDIRMA | 1 |
Təchizat: | “İşığın dalğa xassələri” dəstindən iki polyaroid, proyektor (işıq mənbəyi), ekran və altlıq. |
Maksvell nəzəriyyəsinin mühüm nəticələrindən biri işığın eninə elektromaqnit dalğası olmasıdır. Bu nəzəriyyəyə görə, elektromaqnit təbiətli işıq dəyişən elektrik və maqnit sahələrinin vektorlarının fəzada yayılan rəqsidir. Həmin rəqslər təbii işıq dalğalarında həm bir-birinə, həm də yayılma sürətinə perpendikulyar müstəvilər üzrə bütün istiqamətlərdə yayılır (e); məsələn, Günəşin şüalandırdığı ağ işıq təbii işıq dalğasıdır.
İnterferensiya və diffaksiya hadisələri həm eninə, həm də uzununa dalğalarda müşahidə edildiyindən işıq dalğasının eninə olduğunu təcrübi olaraq müəyyən etmək mümkün deyildir. Lakin elə optik hadisə vardır ki, onun köməyi ilə işıq dalğasının eninə elektromaqnit dalğası olduğu müəyyən edilə bilər. Həmin hadisə işığın polyarlaşmasıdır.
•Polyarlaşmış işıq təbii işığın tərkibindən xüsusi qurğu vasitəsilə ayrılmış və müəyyən müstəvidə vektorunun rəqslərinin üstünlük təşkil etdiyi hissəsidir (bax: e).
İşığı polyarlaşdıran həmin qurğulardan biri turmalin kristalıdır. Turmalin lövhələr ilə aparılan təcrübələrdən biri belədir: lövhənin səthinə perpendikulyar istiqamətdə ağ işıq şüası yönəldilir. İlk baxışdan elə görünür ki, ondan keçən işıq dəyişmir. Əslində isə turmalin kristalı elə işıq dalğasmı keçirir ki, onun vektoru müəyyən M müstəvisində rəqs edir (bax: e). Deməli, kristal lövhədən müstəvi polyarlaşan işıq şüası keçir. Belə lövhə polyaroid adlanır. İşığın həqiqətən polyarlaşdığını yoxlamaq üçün polyaroiddən keçən işığını qarşısına ikinci belə lövhə - analizator qoyulur.