Dalğa cəbhəsi müstəvi olan dalğa müstəvi dalğa, sferik və silindrik olan dalğalar isə müvafiq olaraq sferik və silindrik dalğa adlanır.
• Müstəvi dalğa müəyyən bir istiqamətdə - müstəvi dalğa səthinə perpendikulyar istiqamətdə yayılan dalğadır.
Dalğaların difraksiyası. Hüygens prinsipi. Bütün növ dalğaların malik olduğu ümumi xassələrdən biri də onların difraksiyasıdır.
• Dalğaların difraksiyası - maneəyə rast gəldikdə dalğaların həndəsi yayılma istiqamətlərindən kənara çıxma (maneəni aşaraq onun arxasına keçmə) hadisəsidir.
Dalğa uzunluğu ilə onun rast gəldiyi maneənin ölçüsü arasındakı nisbətdən asılı olaraq dalğa həmin maneəni aşaraq onun arxasına keçə bilir. Başqa sözlə, difiaksiya hadisəsi o vaxt aydın görünür ki:
l ≥ D2
λ
şərti ödənsin. Burada λ — dalğa uzunluğu, D — dalğanın difraksiyaya uğradığı maneənin (və ya dəliyin) ölçüsü, ι — maneədən difiaksiya müşahidə olunduğu yerə qədərki məsafədir.
Difiaksiya hadisəsi keyfiyyətcə 1690-cı ildə Hüygensin formalaşdırdığı prinsip əsasında izah edilə bilər. Hüygens prinsipinə görə - dalğa cəbhəsinin çatdığı hər bir nöqtə tezlikləri dalğanın tezliyinə bərabər yarımsferik dalğa mənbəyinə çevrilir. Bu yanmsferik dalğaların (onlar ikinci dalğalar adlanır) qurşayanı verilmiş an üçün yeni dalğa cəbhəsini verir (bax: c ).
Dalğanın yayılma istiqaməti dalğa cəbhəsinə perpendikulyar olduğundan hər sonrakı anda dalğanın yayılma istiqaməti - şüa müəyyən oluna bilir.
• Şüa - verilən nöqtədə dalğa cəbhəsinə çəkilmiş normaldır.
Beləliklə, Hüygens prinsipinə görə difiaksiya hadisəsi belə izah edilir: fərz edək ki, kəsiyi olan maneə üzərinə perpendikulyar olaraq müstəvi dalğa düşür. Dalğa maneəyə çatdıqda kəsiyin hər bir nöqtəsi yarımsferik dalğa mənbəyinə çevrilir. Həmin dalğaların qurşayanı yanlardan əyildiyindən kəsikdən keçən dalğa da qismən ilk yayılma istiqamətindən kənarlara doğru meyil edərək maneənin arxasına tərəf yayılır - difiaksiya hadisəsi baş verir. Lakin Hüygens prinsipi yalnız dalğa cəbhəsinin yayılma istiqaməti ilə bağlı məsələləri həll etməyə imkan verdi, o, müxtəlif istiqamətlərə yayılan dalğaların amplitudlarının və deməli, intensivliklərinin necə dəyişdiyini izah edə bilmədi. Bu problem yalnız 1819-cu ildə işığın difraksiyasını müəyyən və izah edən fransız fiziki Ogüsten Jan Frenel (1788-1827) tərəfindən həll olundu.
Hüygens-Frenelprinsipi. İşığın difraksiyası. Hüygens prinsipini inkişaf etdirən Frenelə görə, dalğa cəbhəsinin səthində yerləşən bütün ikinci mənbələr (S1 S2, S'1, S'2 və s.) koherent dalğa mənbələridir. Ona görə də işığın difraksiyası bu koherent mənbələrdən gələn koherent dalğaların fəzanın hər hansı M nöqtəsində toplanmasının — interferensiyasının nəticəsidir (d).
• İşığın difraksiyası - işığın düz xətt boyunca yayılma qanunundan kənara çıxaraq maneənin həndəsi kölgə sahəsinə daxil olması hadisəsidir. Beləliklə, interferensiya prinsipi ilə Frenel tərəfindən tamamlanmış Hüygens prinsipi Hüygens-Frenel prinsipi adlanır.