“Nyuton halqaları”nı müşahidə edək.
Təchizat: “Nyuton halqalan” cihazı, ağ vərəq (A5 formatlı), cib telefonu.
İşin gedişi:
1. Cihazı sıxacları yuxarıda olmaqla üfüqi masanın səthində, ağ vərəqin üzərində yerləşdirin. Belə
olduqda
linzanın müstəvi üzü sizə tərəf olacaq və onun səthinə düşən işıq süalarını paralel qəbul etmək olar
(k).
2. Linzanı yuxarıdan müşahidə edin və gördüyünüz mənzərənin fotoşəklini çəkin.
Nəticənin müzakirəsi:
• Nə müşahidə etdiniz?
• “Nyuton halqaları”nın ortası tutqun böyük dairəvi ləkədən, kənarlarının isə konsentrik rəngli və tutqun
halqalardan ibarət olduğunu nə ilə izah etmək olar?
Yəqin ki, balaca olarkən üfürdüyünüz sabun qovuqlarını xatırlayırsınız. Havada süzən bu qovuqlann səthi
bir-birini əvəz edən rəngli halqalarla əhatə olunur
(l).
• Sabun qovuğunun səthində belə halqaların yaranmasını necə izah edərdiniz?