• Radiolokator - ultraqısa tezlikli dalğalar şüalandıran radioverici və onu qəbul edən radioqəbuledicidən ibarət qurğudur (e).
Radiolokator radiodalğaları qısa impulslar şəklində şüalandırır. Hər iki ardıcıl impuls arasındakı zaman fasiləsində lokator avtomatik olaraq obyektdən qayıdan siqnalları qəbul edən antenə çevrilir. Beləliklə, radiodalğaların əks etdiyi obyektə qədərki məsafə (l) asanlıqla təyin edilir:
I = c Δt
2.
Burada Δt — lokatorun göndərdiyi və qəbul etdiyi siqnal arasındakı zaman fasiləsi, c —işığın vakuumdakı sürətidir.
TƏTBİQETMƏ | ARAŞDIRMA | 2 |
Məsələ. | Rəqs konturundakı sarğacın induktivliyi 3 mkHn-dir, kondensatorun tutumu isə 50pF ÷ 500pF
intervalmda dəyişə bilir. Təyin edin:
|
Bəzən televizora baxarkən qəfildən ekranda verilişin görüntüsünün pozulması, səsin isə kənar
səslərlə qanşması baş verir. Elə bu zaman yaşayış məntəqəsinin üzərindən uçan təyyarənin səsi
eşidilir.
• Müşahidə olunan hadisənin səbəbini necə izah edərdiniz?