• Modullaşma - yüksəktezlikli elektromaqnit dalğalarının amplitudunun (tezliyinin və ya fazasının) alçaqtezlikli səs dalğalarının amplituduna (tezliyinə və ya fazasına) uyğun olaraq dəyişdirilməsidir.
Dalğaların amplitud modullaşmasını icra etmək üçün verici stansiya dövrəsinə qoşulan transformatorun I dolağı mikrofon dövrəsinə, II dolağı isə tranzistorlu generator dövrəsinin cərəyan mənbəyinə qoşulur. Nəticədə stansiyanın rəqs konturundakı yüksəktezlikli elektromaqnit rəqsləri səs tezlikli siqnallarla modullaşdırılır. Alman modullaşmış rəqslər verici anten vasitəsilə fəzaya şüalandırılır (bax: c, 3).
Qəbuledici stansiyanın sadələşdirilmiş sxeminə əsasən onun əsas hissələri qəbuledici anten (Q), dəyişən tutumlu kondensatoru (C2) olan rəqs konturu, yanmkeçirici diod - detektor (D), elektrik siqnalını hamarlayıcı kondensator (C3) və telefondan (yaxud səsgücləndirən) (U) ibarətdir (d). Antenin qəbul etdiyi elektromaqnit dalğaları onun rəqs konturunda induksiya dəyişən cərəyanı yaradır. Konturdakı kondensatorun tutumunu dəyişməklə onun məxsusi tezliyi qəbul olunmuş elektromaqnit dalğalarının tezliyi ilə bərabərləşdirilir. Bu zaman konturda yaranan cərəyanın rəqslərinin amplitudu kəskin artır - rezonans hadisəsi baş verir. Nəticədə lazımi siqnal digər siqnallardan seçilərək gələn dalğaları qəbul etməyə köklənir. Daha sonra qəbul edilən yüksəktezlikli modullaşmış rəqslərin alçaqtezlikli rəqslərə çevrilnəsi prosesi - demodulyasiya (və ya detektəetmə) həyata keçirilir.
Demodulyasiya detektor (yanmkeçirici diod) vasitəsilə reallaşdırılır. Birtərəfli keçidə malik detektordan keçən cərəyan döyünən cərəyan (bax: d, 4) olur. Bu cərəyan C3 kondensatoru (süzgəc) vasitəsilə hamarlanır. Hamarlanan elektrik siqnalı telefonun (radionun) səsgücləndirəndə eşidilə bilən səs tezlikli rəqslərə çevrilir (5).
Radiolokasiya. Araşdırma 1-də müəyyən etdiniz ki, elektromaqnit dalğaları metal (keçirici) lövhədən qayıdır. Radiolokasiyanın fiziki əsasını da məhz elektromaqnit dalğalarının bu xassəsi təşkil edir.
• Radiolokasiya - radiodalğaların köməyi ilə müxtəlif obyektləri aşkar etməkdir.
• Radiodalğalar vasitəsilə obyektə qədərki məsafənin müəyyən olunmasına xidmət edən qurğu radiolokator (və ya radar) adlanır.