ARAŞDIRMA | 1 |
Təchizat: santimetrlik dalğalar vibratörü, qəbuledici rezonator, metal lövhə (fizika kabinetinin “Elektromaqnit dalğaları” nümayiş dəstindən), rəqəmsal voltmetr.
İşin gedişi. 1. Vibratörü dəyişən cərəyan şəbəkəsinə, rezonatoru isə voltmetrə birləşdirin. Cihazlan bir-birindən aralı yerləşdirin və ruporlarını üfüqlə müəyyən bucaq altında yuxan qaldırın. 2. Vibratörü işə salın və baş verən hadisəm izləyin. 3. Metal lövhəni yuxan qaldırılmış ruporlar arasında müəyyən məsafədə üfüqi olaraq tədricən sağa-sola hərəkət etdirməklə baş verən hadisəni müşahidə edin (a).
Radiorabitənin prinsipləri. Hersin apardığı təcrübələr dünya alimlərini elektromaqnit dalğalarının radioteleqraf və radiotelefon rabitəsinin həyata keçirilməsinin tədqiqinə sövq etdi.
Radiorabitə vasitəsilə məlumatın Morze əlifbasının hərfləri ilə ötürülməsini ilk dəfə rus alimi Aleksandr Stepanoviç Popov (1859-1905) 7 may 1895-ci il tarixində nümayiş etdirir (bu tarix Rusiyada indi də “Radio günü ” kimi qeyd edilir). 1896-cı ildə isə italyan alimi Qulyelmo Markoni (1874—1937) özünün hazırladığı verici qurğudan radiodalğalarla Morze əlifbasının bir neçə hərfini 3 km məsafədə
yerləşdirilən aparatla qəbulunu nümayiş etdirir. O, 1901-ci ildə radiodalğalann Yer atmosferinin ionosfer qalından qayıtmaqla İngiltərədən verilən məlumatın Atlantik okeanının diametral əks tərəfinə - ABŞ-dakı qəbuledici aparata çatdırılmasını reallaşdırır (b).
• Radiorabitə - informasiyaların (səs və təsvir) elektromaqnit dalğaları vasitəsilə verilməsi və qəbul olunmasıdır.
Radiorabitədə elektromaqnit dalğalarının iki diapazonundan istifadə olunur: 1) aşağıtezlikli dalğalar - fəzada pis yayılır, lakin informasiya daşıyır; 2) yüksəktezlüdi dalğalar - fəzada çox böyük məsafələrə yayıla bilir, lakin informasiya daşımır.
Radiorabitənin əsasını verici stansiya və qəbuledici stansiya təşkil edir.
Vericidə üç əsas proses baş verir: 1) yüksəktezlikli rəqslərin generasiyası; 2) yüksəktezlikli rəqslərin zəruri gücə qədər gücləndirilməsi; 3) yüksəktezlikli rəqslərin parametrlərindən birinin (amplitudunun, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi.
Verici stansiyanın sadələşdirilmiş sxeminə əsasən o, tranzistorlu (T) generatordan, rəqs konturundan, mikrofon (M) dövrəsindən və verici antendən (V) ibarətdir (c). Generator sönməyən yüksəktezlikh elektromaqnit rəqsləri yaradır (bax: c, 1). Sonra həmin rəqslər mikrofondan daxil olan səs tezlikli elektromaqnit rəqsləri (2) ilə modullaşdınlır (3).