• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 |
Mexaniki dalğaların ən sadə növü səs dalğalarıdır.
|
İnsan qulağı yalnız 16 Hs ilə 20 000 Hs arasında olan səs dalğalarını qəbul edə bilir. Bu dalğalar eşidilə bilən səs dalğalarıdır. Səs dalğalarının mühüm xassəsi onların qarşısına çıxan maneədən qayıtmasıdır. Səs dalğaları vasitəsilə obyektlərin yerini müəyyənetmə üsulu səs lokasiyası adlanır. Dəniz və okeanların dərinliyini ölçmək, balıqlann çox toplaşdığı yerləri aşkar etmək üçün işlədilən və exolot adlanan cihazın işi səs lokasiyasına (əks-səda hadisəsinə) əsaslanmışdır. Gəmilərin altında yerləşən səs mənbəyi qısamüddətli səs siqnalları verir. Dənizdəki obyektlərdən əks olunan səs siqnalı gəmidə yerləşən həssas cihazla - səsqəbuledicisi ilə (exolotla) tutulur.
Səsin suda yayılma sürətini, siqnalın göndərilmə və qəbulolunma anları arasındakı vaxtı nəzərə aldıqda sudakı obyektə qədər olan məsafə asanlıqla hesablanır:
h = υt
2
ABŞ müdafiə nazirliyinin sifarişi ilə Massaçusets Texnologiya Universiteti 1961-1963-cü illərdə üç kosmik gəmi vasitəsilə "Vestford" layihəsini həyata keçirdi. Bu layihə əsasında Yerətrafı kosmik fəzaya hər birinin uzunluğu 2 sm olan 480 milyon mis iynə çıxarıldı. İynələr Yer ətrafında səpələnərək onun səthindən 3500 ÷ 3800 km məsafədə "iynə sferası" əmələ gətirdi. Həmin sferanın qalıqları indi də mövcuddur.