Elektrik yükü diskret olduğundan o, keçirici səthdə müntəzəm paylana bilir. Fərz edək ki, elektrik yükü S sahəli səthdə müntəzəm paylanmışdır.
• Ədədi qiymətcə səthin vahid sahəsinə düşən elektrik yükünə bərabər olan kəmiyyət elektrik yükünün səth sıxlığı (σ) adlanır:
Elektrik yükünün səth sıxlığının BS-də vahidi: σ=1 Kl
m 2-dir
2. Elektrik yükü üçün saxlanma qanunu ödənilir - qapalı sistemdəki zərrəciklərin (və ya cisimlərin) elektrik yüklərinin cəbri cəmi sabit qalır:
q1 + q2 + q3 + ... + q = const. (2)
3. Elektrik yükü additiv kəmiyyətdir - sistemin elektrik yükü həmin sistemdəki zərrəciklərin (və ya cisimlərin) elektrik yüklərinin cəbri cəminə bərabərdir.
4. Elektrik yükü invariant kəmiyyətdir — zərrəciyin elektrik yükü bütün ətalət hesablama sistemlərində eynidir.
Elektromaqnit sahəsi.
Elektrik yüklərinin hərəkəti və qarşılıqlı təsirləri ilə təzahür edən elektrik və maqnit hadisələrin öyrənilməsi ilə fizikanın elektrodinamika bölməsi məşğul olur.
• Elektrodinamika - fizikanın elektrik yükləri arasında qarşılıqlı təsir yaradan elektromaqnit sahəsinin qanunauyğunluqlarını öyrənən bölməsidir.
•Elektromaqnit sahəsi - elektrik yüklü zərrəciklər və cisimlər arasında qarşılıqlı təsiri ötürən materiya növüdür.
Elektromaqnit sahəsinin xüsusi təzahür formaları elektrik və maqnit sahələridir. Ona görə də elektromaqnit sahəsinin fəzanın ixtiyari nöqtəsində və istənilən andakı halı iki kəmiyyətlə xarakterizə olunur - elektrik sahəsinin intensivliyi və maqnit sahəsinin induksiyası ilə. Bu kəmiyyətlər elektromaqnit sahəsinin qüvvə xarakteristikaları olub sahənin yüklü zərrəciklərə təsir göstərdiyi qüvvələri müəyyən edir. “Elektromaqnit sahəsinin qüvvə xarakteristikalarım təyin etmək” dedikdə sahəyə gətirilən smaq yükünə (elektrik yükünün miqdarı çox az olan müsbət nöqtəvi yükə) təsir edən qüvvələrin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, elektrik yükünün sükunətdə və ya hərəkətdə olmasından asılı olaraq ona elektromaqnit sahəsinin təsiri də müxtəlif olur.
• Elektromaqnit sahəsinin verilən hesablama sistemində sükunətdə olan elektrik yükünə təsir etdiyi qüvvə elektrik qüvvəsi adlanır. Elektrik qüvvəsi həmişə sahənin verilmiş nöqtəsində yerləşən elektrik yükünün miqdarı ilə düz mütənasibdir: Fe~q
• Elektromaqnit sahəsi verilən hesablama sistemində hərəkət edən elektrik yükünə elektrik qüvvəsindən əlavə, maqnit qüvvəsi adlanan qüvvə ilə də təsir edir. Maqnit qüvvəsi həm sahədə hərəkət edən yükün miqdarından, həm də onun sürətinin maqnit induksiyasına perpendikulyar olan proyeksiyasından düz mütənasib asılıdır: Fm~qv⊥.
Ona görə də elektromaqnit sahəsində yüklü zərrəciyə təsir edən ümumi qüvvə elektrik və maqnit qüvvələrinin cəminə bərabərdir. Bu qüvvə ümumiləşmiş Lorens qüvvəsi adlanır: ; burada: FL=qE+qvBsina