Beləliklə, sürətlə dəyişən elektrik sahəsi fəzanın həmin hissəsində dəyişən maqnit sahəsinin, o isə öz növbəsində yenidən burulğanlı elektrik sahəsinin yaranması ilə nəticələnir və s. Dəyişən elektrik və maqnit sahələri biri digərini yaratmaqla sonlu sürətlə yayılaraq fəzanın yeni-yeni hissələrini əhatə edir - fəzada elektromaqnit dalğası şəklində yayılır.
• Elektromaqnit dalğası — dəyişən elektromaqnit sahəsinin fəzada yayılmasıdır. Elektromaqnit dalğası eninə dalğa olub elektrik sahə intensivliyi və maqnit sahə induksiyası vektorlarının fəzada qarşılıqlı perpendikulyar dəyişməsini xarakterizə edir (g).
• Elektromaqnit dalğası eninə dalğadır. Belə ki, elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru , maqnit sahə induksiyası vektoru və dalğanın sürət vektoru həmişə qarşılıqlı perpendikulyardır (bax: g). Bu dalğanın yayıldığı fəzanın ixtiyari nöqtəsində intensivlik vektorunun modulunun dəyişməsi induksiya vektorunun modulunun dəyişməsi ilə mütənasibdir.