(4) ifadəsindən görünür ki, əgər N1 > N2 və K >1 olarsa, bu halda U2<U1 olur - transformatorun çıxışındakı gərginlik girişdəki gərginlikdən kiçik olur. Belə transformator alçaldıcı transformator adlanır.
Əgər N2 > N1 və K < 1 olarsa, bu halda U2 > U1 olur - transformatorun çıxışındakı gərginlik girişdəki gərginlikdən böyük olur. Belə transformator yüksəldici transformator adlanır.
Transformatorun aktiv müqaviməti sıfıra yaxın olduğundan o, normal yüklənmə rejimində işlədikdə giriş və çıxış sarğaclarının dövrələrindəkı güc təqribən bərabər olur: P1 ≈ P2. Belə olduqda məlum olur ki, transformator sarğaclarındakı dəyişən cərəyan şiddəti onların uclarındakı gərginliklə tərs mütənasibdir:
I1 U1 ≈ I2 U2 və ya U1
U2
≈ I2
I1 =
K. (5)
Deməli, transformatorun aşağı gərginlikli sarğacında cərəyan şiddəti yüksək, yuxarı gərginlikli sarğacında isə cərəyan şiddəti alçaq olur. Bu səbəbdən dolaqlarının sayı az olan alçaq gərginlikli sarğacdakı naqilin en kəsiyi yüksək gərginlikli sarğacın naqilinə nisbətən daha qalın olmalıdır.
Transformatorun FİƏ-si belə təyin olunur:
η = P2
P1 ⋅ 100% = I2U2
I1U1 ⋅ 100%
(6)
Qeyd. | Transformatorun çıxış sarğacı işlədiciyə qoşularsa, transformasiya əmsalı: |
K = U1
U2 + I2r2.
(7)
Burada r2 — ikinci sarğacın müqavimətidir.
TƏTBİQETMƏ | ARAŞDIRMA | 2 |