Transformator
• Transformator (lat. “transformo ” - çevirirəm) - dəyişən cərəyanın gücünü və tezliyini sabit saxlamaqla onun gərginliyini azaldıb-artıra bilən elektromaqnit qurğusudur. Transformatorun sxematik təsviri və elektrik dövrəsində şərti işarəsi şəkildə təsvir edilmişdir (b və c). O, iki sarğacı olan qapalı polad lövhələrdən ibarət içlikdən (1) ibarətdir. Birinci sarğac (2) giriş sarğacı adlanır və dəyişən cərəyan mənbəyinə, ikinci sarğac isə (3) çıxış sarğacı adlanır və ümumi müqaviməti Ry olan işlədicilər ilə yüklənir.
Dəyişən cərəyan birinci sarğacdan keçəndə polad içliyi və onunla birlikdə ikinci sarğacı qapayan
dəyişən maqnit seb yaradır. Hər iki sarğacdan eyni maqnit seli keçdiyindən
onların hər bir dolağında
εi = - Δφ
Δt bərabər olan induksiya EHQ yaranır.Əgər birinci
sarğacda
N1 dolaq, ikinci sarğacda N2 dolaq olarsa, sarğaclarda yaranan
induksiya EHQ uyğun olaraq:
ε1 = - N1 ⋅ Δφ
Δt
və ε2 = -N2 ⋅ Δφ
Δt
Sarğaclarda yaranan induksiya EHQ-nin nisbətinə bərabər olan kəmiyyət transformasiya əmsalı (K) adlanır:
ε1
ε2 = N1
N2
= K.
(3)
Transformator boş-boşuna işlədikdə, yəni çıxış sarğacı açıq olduqda (I2 = 0) həmin sarğacın uclarındakı gərginlik |U2| = |ε2|olur. Bu zaman giriş sarğacında da cərəyan şiddəti sıfıra yaxınlaşir: I1 → 0. Ona görə də giriş sarğacının uclarındakı gərginlik |U1| = |ε1|olur. Beləliklə, transformasiya əmsalı üçün alınır ki:
K = U1
U2 = N1
N2. (4)