Məsələ. |
Verilən dəyişən cərəyan dövrəsindəki elementiərin xarakteristikalanna görə təyin edin:
XL və XC müqavimətlərini;
- dövrənin tam müqavimətini;
- dəyişən cərəyan şiddətinin amplitud və təsiredici qiymətini;
- dövrənin güc əmsalını.
|
Nəticənin müzakirəsi:
- Əgər dəyişən elektrik mənbəyi sabit cərəyan mənbəyi ilə əvəz olunarsa, eyni hesablamaları
aparmaq olarmı? Niyə?
Elektriklər dəyişən cərəyan dövrəsində cərəyan şiddəti ilə gərginlik rəqsləri arasındakı faza
sürüşməsini artırmaq üçün dövrənin böyük induktiv müqavimətə malik elementlərinə (elektrik
mühərriki, transformator və s.) ardıcıl olaraq kondensator qoşurlar.
- Elektriklər dəyişən cərəyan dövrəsində cərəyan şiddəti ilə gərginlik rəqsləri arasındakı faza
sürüşməsini niyə artırırlar?
№ |
Suallar |
Bilirəm |
zəif |
orta |
yaxşı |
1 |
Dəyişən cərəyan dövrəsində ardıcıl birləşdirilən elementlərdə cərəyan şiddətlərinin eyni
fazada rəqs etdikləri qəbul olunur. Niyə?
|
|
|
|
2 |
Ardıcıl birləşdirilmiş elementlərdən ibarət dəyişən cərəyan dövrəsində tam müqavimət nəyə
bərabərdir?
|
|
|
|
3 |
Kondensator və sarğacın uclanndakı gərginliyin rəqslərinin dövrədəki dəyişən cərəyan
şiddətinin rəqslərinə nisbətən faza sürüşməsi nə qədərdir?
|
|
|
|
4 |
Dəyişən cərəyan dövrəsi ardıcıl birləşdirilmiş rezistordan (R = 1 kOm), tutumu 0,1 mkF olan
kondensatordan və induktivliyi 0,5 Hn olan sarğacdan ibarətdir. Dövrə tezliyi v = 1
kHs olan
mənbəyə birləşdirilmişdir. Təyin edin:
- dəyişən cərəyan dövrəsinin tam müqavimətini;
dövrənin reaktiv müqavimətinin sıfıra bərabər olduğu v0
tezliyini.
|
|
|
|