№ | v,Hs | I,mA | UR,V |
UL,V |
UC,V |
R, Om | XL,Om |
XC,Om |
1 | 1000 | |||||||
2 | 1000 | |||||||
3 | 1000 |
5. Cədvəl qiymətlərindən istifadə edərək Om qanununa əsasən rezistor, sarğac və kondensatordan keçən cərəyan şiddətini hesablayın. Alman qiymətləri 1 multimetrinin göstəricisi ilə müqayisə edin. 6. EHQ-nin rəqs tezliyini artırmaqla təcrübəni daha 2 dəfə təkrarlayın. 7. Dövrədən rezistoru açıb aktiv müqaviməti kəskin azaldın (R -> 0) və bu halda cərəyan şiddətinin amplitud qiymətinin necə dəyişdiyini izləyin.
Əvvəlki dərsdə dəyişən cərəyan dövrəsinin xüsusi, demək olar, ideallaşdırılmış hallarını araşdırdınız. Real dəyişən cərəyan dövrələri isə eyni zamanda rezistor,sarğac və kondensatorlar sistemindən ibarət
olur. Fərz edək ki, bu hissələrdən ibarət ardıcıl dövrə EHQ-si harmonik ε= εm sinωt qanunu ilə dəyişən cərəyan mənbəyinə qoşulmuşdur (c). Belə dövrədən i = Imsin( ωt- φ0) qanunu ilə dəyişən cərəyan keçəcəkdir. Burada φ0— dövrədəki cərəyan şiddəti ilə mənbəyin uclarmdakı ümumi gərginlik (EHQ) rəqsləri arasında mövcud olan müəyyən faza sürüşməsidir.
Om qanununa görə, dəyişən cərəyan şiddətinin və EHQ-nin (və ya dəyişən cərəyan dövrəsinin uclarındakı ümumi gərginliyin) amplitud qiymətləri bir-biri ilə əlaqəlidir:
Im = εm
Z
və ya Im = Um
Z. (1)
Burada Um — dəyişən cərəyan dövrəsinin uclarmdakı ümumi gərginliyin amplitud qiyməti, Z — dəyişən cərəyan dövrəsinin tam müqavimətidir.
•Dəyişən cərəyan dövrəsinin tam müqaviməti - dövrənin uclarındakı ümumi gərginliyin amplitud qiymətinin dəyişən cərəyan şiddətinin amplitud qiymətinə nisbətinə bərabər olan fiziki kəmiyyətdir.
Z= Um
Im.
Sonuncu bərabərliyin surət və məxrəcini -yə bölsək, Om
qanununun dəyişən cərəyan şiddəti və gərginliyin (EHQ) təsiredici qiymətləri üçün də ödənildiyi alınar:
I = U
Z.