|
Nəticənin müzakirəsi:
|
Elektrik yükü
• Elektrik yükü — zərrəciklərin və ya cisimlərin ətraflarında elektromaqnit sahəsi yaratma xassəsidir. Elektrik yükü bu xassənin kəmiyyət ölçüsü olaraq da qəbul edilir.
Elektrik yüklü zərrəciklər arasındakı qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsir adlanır. Məsələn, proton müsbət, elektron mənfi yüklü zərrəcikdir dedikdə onlar arasında elektromaqnit qarşılıqlı təsirinin mövcud olduğunu əminliklə söyləmək olar. Lakin yüksüz (elektroneytral) zərrəciklər arasında elektromaqnit qarşılıqlı təsirləri mövcud olmur. Ona görə də deyilir ki:
Elektrik yükü elektromaqnit qarşılıqlı təsirinin intensivliyini müəyyən edir.
Elektrik yükü aşağıdakı xüsusiyyətlərə malikdir:
1. Elektrik yükü diskretdir (kəsilməz deyil, bölünəndir) - cismin elektrik yükü elementar yükün tam misillərinə bərabərdir:
e = 1,6 • 10-19Kl.
Təbiətdə elektron və protonlardan başqa, bir neçə növ elementar zərrəciklər də mövcuddur. Lakin yalnız elektronlar və protonlar sərbəst halda sonsuz müddət mövcud ola bilir. Digər yüklü elementar zərrəciklər isə çox az - saniyənin milyonda bir hissəsi qədər yaşaya bilir. Onlar sürətli zərrəciklərin toqquşması nəticəsində yaranır və dərhal da digər zərrəciklərə çevrilir.