TƏTBİQETMƏ | ARAŞDIRMA | 2 |
Məsələ. | Rəqs tezliyi 50 Hs və gərginliyi 240 V olan dəyişən cərəyan dövrəsinə aktiv müqaviməti çox
kiçik olan sarğac qoşulmuşdur. Bu sarğacm induktivliyinin 0,5 Hn olduğunu bilərək təyin edin
(π=3; = 1,4); a) sarğacın induktiv müqavimətini; b) sarğac dövrəsindən keçən dəyişən cərəyanın təsiredici qiymətini; c) cərəyan şiddətinin amplitud qiymətini. |
LED (işıq verən diodlar) lampaları yüksək enerji qənaətinə görə bütün işıqlandırma sistemlərində geniş tətbiq olunur. LED lampası 220 V dəyişən gərginlik dövrəsinə qoşulmasına baxmayaraq onun işıq verən diodlan çox zəif sabit cərəyanla işləyir. Onları sabit cərəyanla lampanın gövdəsində yerləşdirilən yarımkeçirici diod və tranzistor, sarğac, rezistor və kondensatorlarla təchiz edilmiş mikroelektrik dövrəsi təmin edir.
№ | Suallar | Bilirəm | ||
zəif | orta | yaxşı | ||
1 | Dəyişən cərəyan dövrəsindəki rezistorun müqaviməti aktiv, induktiv və tutum müqavimətləri isə reaktiv müqavimət adlanır. Niyə? | |||
2 | Dəyişən cərəyan dövrəsinin tezliyi 50 Hs-dən 5 kHs-ə qədər yüksəldilərsə, induktivliyi 0,1 Hn olan sarğacın induktiv müqaviməti necə dəyişər? | |||
3 | Dəyişən cərəyan dövrəsinin tezliyi 50 Hs-dən 5 kHs-ə qədər yüksəldilərsə, tutumu 5 mkF olan kondensatorun tutum müqaviməti necə dəyişər? | |||
4 | Dəyişən cərəyan dövrəsinin tezliyi 50 Hs-dən 5 kHs-ə qədər yüksəldilərsə, müqaviməti 20 Om olan rezistorun müqaviməti necə dəyişər? |
NƏ ÖYRƏNDİNİZ? | İş vərəqində "Rezistor, kondensator və sarğac qoşulmuş dəyişən cərəyan dövrəsi" mövzusunun anlayış xəritəsini qurun. |