Araşdırmadan məlum oldu ki, induktiv sarğac və lampadan ibarət dövrə hissəsini dəyişən cərəyan mənbəyinə birləşdirdikdə lampanın parlaqlığı kəskin azalır. Bu da, öz növbəsində, sarğac dolaqlarının müəyyən müqavimətə malik olduğunu göstərir. Sarğacm malik olduğu həmin müqavimət induktiv müqavimət adlanır və XL simvolu ilə işarə edilir.
İnduktiv müqavimətli dəyişən cərəyan dövrəsini xarakterizə edən kəmiyyətlər arasındakı münasibəti 3.5 cədvəlindəki kimi göstərmək olar.
Xarakteristikalar arasındakı münasibət |
Belə dövrədən dəyişən cərəyan keçdikdə öz-özünə induksiya EHQ yaranır:
εöz = —L Δi Öz-özünə induksiya EHQ ilə dəyişən cərəyan mənbəyinin uçlarındaki gərginliyin ani qiyməti arasındakı münasibət u = — εöz olduğundan: U = Lİ'. Cərəyan şiddəti i = Imsinωt qanunu ilə dəyişərsə, gərginliyin ani qiyməti: u = ωLImcosωt = Umcosωt və ya u = Umsin
Um = ωL ⋅ Im. (3) Bu halda, Om qanununa görə:
Im = Um XL= ωL. Bu müqavimət də reaktiv müqavimətdir, çünki o, dövrədə istilik miqdarı ayırmır.
|
Xarakteristikaları dəyişmə qrafiki |
|