Xarakteristikalar arasındakı münasibət |
Nəzərə alınsa ki: u = Umsinωt və q = C ⋅ u = C ⋅ Um sinωt. i = q' = ωC ⋅ Um cosωt və ya i = Im cosωt = Imsin
Sonuncu ifadədən görünür ki: Im = ωC ⋅ Um. (1)
φ0 = π
Belə dövrədə mənbədən alınan enerji daxili enerjiyə çevrilmir, kondensator ilə generator
arasında enerji mübadiləsi olur.
|
Xarakteristikaların qrafiki |
|
Sarğac qoşulan dəyişən cərəyan dövrəsi. Dəyişən cərəyan dövrəsi yalnız sarğacdan ibarət olarsa, nə baş verər?
ARAŞDIRMA | 1 |
Təchizat: dəmir içlikli sarğac (L = 5 Hn), lampa (4V), sabit cərəyan mənbəyi, dəyişən cərəyan mənbəyi, açar (2 əd.), birləşdirici naqillər.
İşin gedişi: 1. Sxemə əsasən elektrik dövrəsi yığın (c). 2. 1 açarını qapayın və L induktivli sarğac qoşulan dövrə hissəsini sabit gərginlik mənbəyinə birləşdirin. Lampanın işıqlanmasına diqqət yetirin.
3. Sonra 1 açarını açıb 2 açarını qapamaqla dövrə hissəsini dəyişən cərəyan mənbəyinə qoşun və müşahidənizi davam etdirin.
Nəticənin müzakirəsi: • Lampa və sarğacdan ibarət dövrə hissəsini hansı cərəyan mənbəyinə qoşduqda daha parlaq yandı? • Təcrübədən hansı nəticəyə gəlmək olar?