Xarakteristikalar arasındakı münasibət | Xarakteristikaların qrafiki |
Om qanununa görə:
i = u Yalnız rezistor olan dövrədə i və u eyni fazada rəqs edir. Ona görə də φ0 = 0 və cos φ0 = 1 olur. Bu halda orta güc:
= Im ⋅ Um Ani güc: P = iu = i2R = I2mRsin2ωt. • Yalnız rezistor qoşulan dəyişən cərəyan dövrəsində aktiv müqavimət, gərginlik və cərəyan şiddətinin amplitud qiymətləri dəyişən cərəyanın tezliyindən asılı deyil. |
Kondensator qoşulan dəyişən cərəyan dövrəsi. Dəyişən cərəyan dövrəsi yalnız kondensatordan ibarət olarsa, bu cərəyanın xarakteristikaları necə dəyişər?
ARAŞDIRMA | 1 |
Təchizat: kondensator (100 mkF), lampa (4 V), sabit və dəyişən gərginlikli düzləndirici, açar (2 əd.), birləşdirici naqillər.
İşin gedişi: 1. Sxemə əsasən elektrik dövrəsi qurun (b).
2. Kondensator qoşulan dövrə hissəsini sabit gərginlik mənbəyinə birləşdirin (1 açarını qapamaqla) və baş verən hadisəni müşahidə edin.
3. Sonra 1 açarını açıb 2 açarını qapamaqla dövrə hissəsini dəyişən cərəyan mənbəyinə qoşun və müşahidənizi davam etdirin.
4. Lampanı kondensator olmadan birbaşa dəyişən cərəyan mənbəyinə qoşun və onun işıqlanmasını kondensator dövrəsindəki işıqlanması ilə müqayisə edin.
Kondensatoru sabit gərginlik mənbəyinə qoşduqda dövrədən qısamüddətli cərəyan keçər, lampa ani közərər və dərhal sönər. Buna səbəb kondensator lövhələri arasında dielektrikin olmasıdır. Lakin dəyişən cərəyan mənbəyinə qoşulan kondensator periodik olaraq dolub-boşaldığından dövrədən cərəyan keçir və lampa işıqlanır. Əgər lampa dəyişən cərəyan mənbəyinə birbaşa, kondensatorsuz qoşularsa, o, parlaq işıqlanır, kondensator dövrəsinə qoşulduqda isə onun parlaqlığı azalır. Deməli, kondensator dəyişən cərəyan dövrəsində müəyyən müqavimət yaradır. Həmin müqavimət tutum müqaviməti adlanır və Xc simvolu ilə işarə edilir. Tutum müqaviməti qoşulmuş dəyişən cərəyan dövrəsinin xarakteristikaları arasındakı münasibəti 3.4 cədvəlindəki kimi sistemləşdirmək olar.